• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Üzeyir Hacıbəyli Adına Bakı Musiqi Akademiyası aşağıdaki kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir.

     

    ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI AŞAĞIDAKI KAFEDRALARDA VAKANT YERLƏRİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ ELAN EDİR.

    İXTİSAS FORTEPİANO KAFEDRASI
    Professor, sənətşünaslıq namizədi
    Professor

    FORTEPİANO, ORQAN, KLAVESİN KAFEDRASI
    Dosent
    Dosent

    SOLO OXUMA VƏ OPERA HAZIRLIĞI KAFEDRASI
    Dosent

    MUSİQİ NƏZƏRİYYƏSİ KAFEDRASI
    Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru
    Professor, elmlər namizədi

    MUSİQİ TARİXİ KAFEDRASI
    Professor, sənətşünaslıq namizədi
    Dosent, sənətşünaslıq namizədi

    KONSERTMEYSTER USTALIĞI KAFEDRASI
    Dosent
    Dosent

    BƏSTƏKARLIQ KAFEDRASI
    Dosent

    MÜSABİQƏ MÜDDƏTİ ELAN QƏZETDƏ DƏRC EDİLDİKDƏN SONRA BİR AYDIR. ƏRİZƏ VƏ SƏNƏDLƏR MÜSABİQƏ HAQQINDA ƏSASNAMƏYƏ UYĞUN REKTORUN ADINA BU ÜNVANA GÖNDƏRİLƏ BİLƏR.BAKI ŞƏHƏRİ, AZ -1014 Ş.BƏDƏLBƏYLİ KÜÇƏSİ, 98.