• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    “Tarix-nəzəriyyə” fakültəsi müsabiqə elan edir!


    Azərbaycanın görkəmli bəstəkarı, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun 100 və bəstəkar, pedaqoq, professor, Azərbaycanın əməkdar incəsənət xadimi, “Humay” Milli mükafatı laureatı İsmayıl Soltan oğlu Hacıbəyovun 70 illik yubileyinə həsr olunmuş tələbələr arasında yazı işi müsabiqəsi keçirilir. Yazı işləri 2019-cu il iyun ayının 1-nə qədər “Tarix-nəzəriyyə” fakülətəsinin dekanlığına təhvil verilməlidir. Müsabiqədə bütün tələbələr iştirak edə bilər. Müsabiqədə iştirak edən tələbələr fəxri fərman və hədiyyələrlə təltif olunacaq.
    MÜSABİQƏNİN ŞƏRTLƏRİ:
    1. Yazı işi A4 vərəqdə Times new roman – 14 şriftində, 1,5 intervalında çap olunmalıdır.
    2. Tələbənin adı, soyadı, ixtisası, kursu yazı işinin üz vərəqində ayrıca qeyd olunmalıdır.
    3. Yazı işinin həcmi 4 səhifədən artıq olmalıdır.
    4. Yazı işinin sonunda istifadə olunmuş ədəbiyyat siyahısı qeyd olunmalıdır.