• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    “Mədəni Əlaqələrin İnkişafına Dəstək” (MƏİDİB) ictimai birliyi “Estoniyada Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş konsert proqramının təşkili” layihəsinin icrasına başlayır.

    Layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün nəzərdə tutulan I Qrant müsabiqəsində qalib olmuşdur. Qeyd edək ki, qalib layihənin may ayının 16-sı Estoniyanın Tallin şəhərində, Estoniya Teatr və Musiqi Akademiyasının (ETMA) konsert salonunda keçiriləcəyi planlaşdırılır. Tədbirin ərsəyə gəlməsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və ETMA yaxından iştirak edir. Layihənin əsas məqsədi Azərbaycan musiqisini beynəlxalq arenada təbliğ etmək, istedadlı gənclərimizi geniş auditoriyaya tanıtmaqdan ibarətdir. Layihə çərçivəsində Azərbaycan və Estoniya arasında qarşılıqlı təhsil və mədəniyyət körpüsü yaradılacaq. Həmçinin Bakı Musiqi Akademiyasının tələbə və müəllim heyəti- BMA-nın Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, xalq artisti Yeganə Axundova (piano), MƏİDİB sədri, BMA-nın doktorantı və əməkdaşı İlahə İsrafilova (bəstəkar), beynəlxalq müsabiqə laureatları- Ümidə Abbasova (skripka), Fəqan Həsənli (piano), Atabəy İsmayılov (tar), ETMA müəllim və tələbə heyəti ilə bir səhnəni bölüşəcək. Konsert proqramında Azərbaycan və Estoniya bəstəkarlarının əsərləri səslənəcək.

    "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyi “Beynəlxalq mədəni əlaqələrin inkişafına dəstək: Estoniya – Azərbaycan” layihəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün Qrant Müsabiqəsinin qalibi olub. Bu layihə çərçivəsində 14-17 may 2019-cu il tarixlərində Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova, BMA-nın doktorantı və “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” laboratoriyasının əməkdaşı, "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyinin sədri İlahə İsrafilova (bəstəkar), BMA-nın məzunu, Beynəlxalq müsabiqələr laureatı Ümidə Abasova (violin), BMA-nın konsertmeysteri, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli (piano) və Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atabəy İsmayılov (tar) Estoniyanın Tallin şəhərində səfərdə olacaqlar və Estoniya Musiqi və Teatr Akademiyasında Estoniyalı musiqiçilər ilə birgə konsert proqramı ilə çıxış edəcəklər.