"Həsrətə son". F.Şubert. Qu Quşunun nəğməsi. Kontratenorun ifasında dünya premyerası
Sizləri 27 mart 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında keçiriləcək vokal kamera musiqisi axşamına dəvət edirik. Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Azərbaycan Respublikasının Əməkdar Artisti İlham Nəzərov və Günel Bəkirovanın ifasında F.Şubertin "Qu guşunun nəğməsi" vokal məcmuəsi səslənəcəkdir. Nəzərinizə çatdıraq ki, bu əsər kontratenorun ifasında dünyada ilk dəfə olaraq ifa edilir və bu bir dünya premyerasıdır.
"Qu guşunun nəğməsi" vokal məcmuəsinə 14 mahnı daxildir. Məcmuəyə daxil olan mahnılar 1828 -ci ildə bəstəkarın ölümündən bir neçə ay öncə bəstələnmişdir və bəstəkarın həyatının son dövrünü dərinliyi və dramatikliyi ilə əks etdirir. Bəstəkarın ölümündən sonra yaxın dostları onun son mahnılarını bir məcmuədə toplamış və simvolik olaraq "Qu quşu" adlandırmışdırlar. Qu quşu burada nakamlığı əks etdirir.