“Nəsimi ili” çərçivəsində Bəstəkarlar arasında “Nəsimi Romans” Respublika müsabiqə-festivalı
Respublika Bəstəkarları arası “Nəsimi Romans” Müsabiqə- Festivalı haqqında Ümumi müddəalar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq, 2019-cu ili Azərbaycan Respublikasında “Nəsimi ili” elan etmişdir. “Nəsimi Romans” Müsabiqə-Festivalı (bundan sonra Müsabiqə) perspektivli və yaradıcı istedadlı bəstəkarları müəyyən edərək, 2019-cu il Nəsimi ili kontekstində Nəsiminin qəzəllərinə romansların yazılması ilə Nəsimi irsinin müasir gənc bəstəkarların yaradıcılığına təzahürü, gənc bəstəkarların Azərbaycan ədəbi irsinə müraciəti gələcək fəaliyyətlərində peşə inkişafı, onların dəstəklənməsi məqsədi ilə eyni zamanda yeni musiqili dil və onun inkişaf yollarını axtarmaq üçün keçirilir.
Müsabiqə “Nəsimi ili” çərçivəsində Bəstəkarlar arası Romans Müsabiqəsi Mükafatı üzrə bu Əsasnaməyə uyğun olaraq keçirilir. Müsabiqədə iştirak etmək bu təlimatın şərtlərinin tam və qeyd-şərtsiz qəbul edilməsini nəzərdə tutur.
18-35 yaş arası akademik bəstəkarlıq təhsili alan və ya bəstəkarlıq ixtisası üzrə məzun olan gənc bəstəkarlardan ibarət Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə qatılmağa dəvət olunurlar.
Bəstəkarlıq təhsili vacib və əsas şərtdir.
HƏDƏF və MƏQSƏDLƏR
Müsabiqənin əsas ideyası 2019- cu il Nəsimi ili elan olunması ilə əlaqədar olaraq Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası, dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan Nəsimi poeziyasının gənc nəsil musiqiçiləri tərəfindən öyrənilməsi, bu dərin və mürəkkəb yaradıcılıq xəzinəsindən gənc bəstəkarların yaralanması, istifadəsi nəticəsində romans janrında müasir repertuarın yaradılmasıdır.
Bu yaradıcılığa müraciət edərkən gənc bəstəkarların əsərlərindən ibarət yaranacaq Nəsimi qəzəllərinə yazılan romansların (istənilən instrumental müşayət) repertuarın semantik vəzifəsi Azərbaycanın etnik mədəniyyətinə köklənən, dinləyicilərin geniş auditoriyasını mənəvi və mənəvi inkişafına töhfə verən ruhani, Nəsimi poeziyası ilə vəhdət daşıyan musiqinin yaradılmasıdır.
Əsas məqsədlərdən biri müasir gənc bəstəkarların düşüncə tərzində və yaradıcılığında Nəsimi poeziyasının təbliği, dərindən öyrənilməsi, yaradıcılıq ruhunun sirayət olunması və inkişafıdır.
Müsabiqənin məqsəd və vəzifələri:
1. Gənclərdə Azərbaycan poeziyasına, Nəsimi irsinə maraq artırmaq
2. yeni musiqi dilini və onun inkişaf yollarını axtarmaq;
3. yaradıcılığı artırmaq;
4. peşə inkişafı;
5. istedadlı və peşəkar perspektivli bəstəkarların müəyyənləşdirilməsi və dəstəklənməsi;
6. müasir akademik musiqisini təbliğ etmək;
7. yeni orijinal kompozisiyaların yaradılması və sənətdə yenilikçi tendensiyaların dəstəklənməsi, rəqabət çərçivəsində yaradılmış zəngin, yeni repertuarın yaranması
8. yaradıcılıq təcrübəsi mübadiləsi və Azərbaycanın müxtəlif bölgələrindən gələn gənc bəstəkarların yaradıcılıq əlaqələrinin gücləndirilməsi;
9. yaradıcı ünsiyyət üçün şərait yaradılması, yaradıcı əlaqələrin qurulması, musiqiçilər, menecerlər və bəstəkarlar arasında peşəkar əməkdaşlığın inkişaf etdirilməsi;
10. parlaq bəstəkar əsərləri ilə tanışlıq və repertuarın genişləndirilməsi;
11. istedadlı bəstəkarların informasiya və analitik məlumat bazasının formalaşması.
12. Ölkəmizdə romans janrına maraq və inkişafın artırılması
Təşkilatçı
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
--------------------------------
Rəhbər heyət və Münsiflər
Müsabiqənin hazırlanması və keçirilməsinə rəhbərlik edir:
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (bundan sonra - BMA)
Müsabiqənin münsiflər heyəti
Müsabiqənin bədii rəhbəri -SSRİ və Azərbaycan Xalq artisti, Üzeyir Hacıbəyli adına BMA nın rektoru, professor Fərhad Bədəlbəylidir
5 münsif heyətindən ibarət komisiya təşkil olunur.
Təşkilat Komitəsi:
Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova
BMA-nın Beynəlxalq Əlaqələr və İnformasiya Texnologiyaları mütəxəssisi Hüseynova Röya
Təşkilat komitəsinin vəzifələri
Müsabiqə haqqında Əsasnamə hazırlayır;
Müsabiqəyə qoşulmaq üçün müraciətlərin nəzərdən keçirilməsini qəbul edir;
Müsabiqənin iştirakçılarını ilkin mərhələdə seçmək və qeydiyyatını aparmaq;
Müsabiqənin hesabat sənədlərini hazırlayır.
Müsabiqə ilə bağlı informasiyanı rəsmi səhifələrdə dərc olunmasına nəzarət edir
Tarix və məkan
I mərhələ- 23-24may 2019 cu il
Müsabiqənin ilk mərhələsində gənc bəstəkarların 4-8 dəqiqəlik Nəsiminin sözlərinə yazılmış 1 romans ifa olunur və münsiflər heyətinin tam tərkibinə təqdim edilir. Gizli səsvermə yolu ilə nəticələrə görə finalistlər təyin olunur.
II mərhələ 29-30 may 2019 cu il
Müsabiqənin II turunda 6 bəstəkarın münsiflər tərəfindən seçilmiş romansı ifa olunandan sonra gizli səsvermə yolu ilə müsabiqənin 3 laureatı və 3 diplomantı müəyyən olunaraq hər nominasiya üzrə təyin olunan mükafatlara layiq görülürlər.
Müsabiqəyə təqdim olunan sənədlər
İştirakçının ərizəsi
Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin sürəti
13*18 ölçüdə rəngli fotoşəkiI (2ədəd)
Nəsiminin sözünə yazılmış əsərin PDF formatda təqdimatı (instrumental müşayətin alət seçimi sərbəstdir)
Müsabiqənin şərtləri
• Müsabiqədə 20-35yaş arasında bəstəkarlıq təhsili olan bəstəkarlar iştirak edə bilər
• Hər bir bəstəkar dahi şair Nəsiminin sözlərinə 1 romans (solo vokal instrumental əsər) yazıb təqdim etməlidir.
• Müsabiqə 2 turdan ibarətdir
• Final turuna 6 iştirakçı seçilməlidir.
• Qaliblər münsiflər heyəti tərəfində müəyyən edilir
• Bütün iştirakçılara xüsusi sertifikat təqdim olunur
• Münsiflər heyətinin qərarı həll edicidir: Şikayət qəbul edilmir və təkrar müzakirə olunmur
• Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. electron ünvanına 10 may tarixinə qədər əsərlərin notlarını və bəstəkarın tərcümeyi-halı göndərilməlidir. ( məlumatda müsabiqəyə təqdim olunan əsər haqqında ümumi məlumat və ifaçılar da qeyd olunmalıdır.)
• Qaliblər pul mükafatı və diplomla təltif olunur:
I ci yer — 500 manat və 1-ci dərəcəli diplom
II ci yer — 300 manat və 2-ci dərəcəli diplom
III cu yer — 200 manat və 3-cü dərəcəli diplom
Müsabiqə laureatlarinin pedaqoqlarına diplom təqdim olunacaq
IV, V, VI yer iştirakçıları –diplomat və 100 manat dəyərində mükafat