• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Musiqişünaslığın aktual problemləri mövzusunda Respublika Elmi-Praktiki Konfrans 

     

    ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI


    MUSİQİŞÜNASLIĞIN AKTUAL PROBLEMLƏRİ

    mövzusunda

    RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRANS
    Bakı, 3-4 aprel 2019

    MƏLUMAT MƏKTUBU

    Hörmətli həmkarlar!


    Təşkilat Komitəsi ali və orta təhsil müəssisələrinin professor-müəllim heyətini, elm sahəsində çalışan mütəxəssisləri, doktorant, dissertant və magistrantlari 3-4 aprel 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcək “Musiqişünaslığın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransında iştirak etməyə dəvət edir.
    Konfransın məqsədi: Elm, yaradıcılıq və təhsil sahələrinin qarşılıqlı elmi mübadiləsi.

    KONFRANSIN MÖVZULARI:

    Musiqi sənəti: tarix, ənənə və müasirlik
    Musiqinin tədris metodikasının aktual problemləri
    Sosial-mədəni fəaliyyətin müasir problemləri
    Musiqişünaslığın mədəniyyətlərarası dialoqda rolu

    KONFRANS TARİXLƏRİ

    Məruzələrin son qəbul günü: 25 fevral 2019
    Qəbul olunan məruzələrin elanı: 1 mart 2019
    Konfransın keçirilmə tarixi: 3-4 aprel 2019

     


    MƏRUZƏLƏRİN YAZILMA QAYDALARI

    Müəllif haqqında məlumatda (soyad, ad, atasının adı, elmi dərəcə, elmi, fəxri ad, iş yeri və vəzifə, elektron ünvan, əlaqə telefonları) göstərilməlidir.

    Təşkilat komitəsi müəllifə xəbərdarlıq etmək şərtilə mövzuya və tələblərə uyğun olmayan materialların çapından imtina etmək hüququna malikdir. Məqalənin mətni 7 səhifəyə qədər, formatı A4, Times New Roman, 14 pt, sətirlərarası məsafə 1,5 olmalıdır. Mənbələr mətnin içində kvadrat mötərizədə verilir, məsələn [Ü.Hacıbəyov, 1965, s. 38]. “Ədəbiyyat siyahısı” əlifba sırası ilə uyğun verilməlidir. Konfransın dili – Azərbaycan və rus dillərindədir.

    Xülasə məruzə mətninin yazıldığı əks dildə (rus və ingilis) tərtib olunmalıdır (8-10 sətir həcmində 10 pt, məsafə 1) olmalıdır. Açar sözlər 5-8 sözdən ibarət olmalıdır.
    +994124932201; +994504747121; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.