• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Soltan Hacıbəyov – 100. Ismayil Hacıbəyov – 70. 

    Pianoçuların respublika festivalı

     

    (layihənin müəllifi və bədii rəhbəri – professor Tərlan Seyidov)

    BMA, 1 – 8 may 2019-cu il


    Təsisçilər:
    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
    Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası


    Ə S A S N A M Ə

    Soltan Hacıbəyovun 100 və İsmayıl Hacıbəyovun 70 illik yubileylərinə həsr olunmuş "Gənc musiqişilərin Respublika Festivalı" "Fortepiano" " nominasiyası üzrə keçirilir.

    "GƏNC MUSİQİÇİLƏRİN RESPUBLİKA FESTİVALI"NIN MƏQSƏDLƏRİ


    1. Soltan və İsmayıl Hacıbəyovlar yaradıcılığının dərin öyrənilməsi vasitəsilə təbliği.
    2. Müasir musiqi mədəniyyəti tələblərinə cavab verən professional musiqiçilərin hərtərəfli inkişafının təmin edilməsi.

    FESTİVALIN ƏSAS ŞƏRTLƏRİ

    1. Proqramın ifa reqlamenti 15 dəqiqəyə qədərdir.
    2. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir. Qaliblər "Gənc musiqişilərin Respublika Festivalı"nın laureatı adına layiq görülür. Diplom alan şəxslərə "Gənc musiqişilərin Respublika Festivalı"nın diplomantı adı verilir.
    3. Münsiflər heyətinin qərarı həlledicidir: şikayət edilə və təkrar müzakirə oluna bilməz.
    4. Festival laureatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında yekun konsertdə iştirak edəcəklər.

    FESTİVALIN PROQRAMI

    1. Hər bir iştirakçı Soltan və İsmayıl Hacıbəyovların əsərlərini ifa etməlidir.
    2. İfa edilən əsərlərdən biri də akademik əsər (sərbəst seçim) olmalıdır.

     

    SOLTAN HACIBƏYOVUN NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ (Notlar)


    1. S.Hacıbəyov. Prelüd. Fortepiano üçün (Azərbaycan bəstəkarlarının piano əsərlərinin antologiyası.
    I cild. Redaktor-tərtibçi Ülviyyə Hacıbəyova. Bakı, Elm və təhsil, 2012)

     

    2. S.Hacıbəyov. “Gülşən” baletindən seçilmiş parçalar. Fortepiano üçün köçürmə (Bakı, Azərbaycan
    Dövlət Musiqi Nəşriyyatı, 1955)
    Qızların rəqsi
    Gülşənin uşaqlar ilə rəqsi
    Pambıq rəqsi
    Aleksey ilə Maronun rəqsi
    Adajio (2-ci pərdədən)
    Vals (5-ci pərdədən)
    Azad ilə Əhmədin variasiyası
    Kişilərin rəqsi

     

    3. S.Hacıbəyov. “Gülşən” baletindən seçilmiş parçalar. Fortepiano üçün köçürmə. II dəftər
    (Bakı, Azərbaycan Dövlət Musiqi Nəşriyyatı, 1955)
    Kolxoz sədrinin rəqsi
    Yaqutun variasiyaları
    Adajio (5-ci pərdədən)
    Vals (4-cü pərdədən)
    Gülşənin variasiyaları
    Yallı

     

    4. S.Hacıbəyov. “Gülşən” baletindən Adajio. Fortepiano üçün işləyəni – İsmayıl Hacıbəyov
    (Azərbaycan bəstəkarlarının piano əsərlərinin antologiyası. I cild. Redaktor-tərtibçi Ülviyyə
    Hacıbəyova. Bakı, Elm və təhsil, 2012)

     

    5. S.Hacıbəyov. Simfonik orkestr üçün Uvertüra. İki fortepiano üçün köçürmə (Bakı, Azərbaycan
    Dövlət Musiqi Nəşriyyatı, 1961)

     

     


    İSMAYIL HACIBƏYOVUN NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ (Notlar)

    İ.Hacıbəyov. Fortepiano üçün seçilmiş əsərləri (Bakı, Oka Ofset, 2006)

    1. Albomdan səhifələr
    Birinci səhifə
    Oyun
    Sübhçağı
    Etüd
    Sübhçağı
    Balaca dəcəl
    Top-top
    Marş
    Koda

    2. Üç idilliya

    3. Vatto ruhlu eskizlər
    Sonata in “E”
    Minuetto
    Rondoletto

    4. Paqanini mövzusuna variasiyalar

     

     

    FESTİVALIN YAŞ QRUPU

    I qrup – 9 – 12 yaş
    II qrup – 13 – 16 yaş
    III qrup – 17 və yuxarı yaş

    FESTİVALA TƏQDİM OLUNACAQ SƏNƏDLƏR

    1. İştirakçının özünün və ya təhsil müəssisəsinin ərizəsi (ifa olunan əsərlərin adı, yazıldığı dövr və səslənmə müddəti dəqiq göstərilməlidir), ünvan, telefon, e-mail.
    2. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti.
    3. 3 x 4 ölçüdə 2 rəngli fotoşəkil.
    4. Yaradıcılıq xasiyyətnaməsi.


    ƏRİZƏ VERMƏNİN QAYDASI

    Festivalda iştirak etmək istəyənlər öz ərizələrini (bütün sənədlərlə birgə) Təşkilat Komitəsinin bu ünvanına təqdim etməlidirlər: AZ 1014, Bakı, Şəmsi Bədəlbəyli küçəsi, 98, Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası. Sənədlərlə ərizə 30 mart 2019-cu il tarixinədək göndərilməlidir.
    Telefon: (+99412) 493-19-17, (+99412) 598-01-94.
    E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.