• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Elxan Babayevin 70 illiyinə həsr olunmuş xatirə gəcəsi

    23 noyabr 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında saat 13:00-da görkəmli musiqişünas-alim, ifaçı, ictimai xadim, sənətşünaslıq doktoru, professor Elxan Babayevin 70 illiyinə həsr olunmuş “Bir ömrün işığı” adlı xatirə gecəsi keçiriləcək.
    Qeyd edək ki, E.Babayev 4 kitabın: “Ритмика азербайджанского дастгяха” (Bakı, İşıq, 1990), “Azərbaycan muğam dəstgahlarında ritmointonasiya problemləri” (Bakı, Ergun, 1996), “Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri” (Bakı, Elm. 1998), “Ənənəvi musiqimiz” (Bakı, Elm. 2000), 6 elmi-metodik nəşrin, 100-ə qədər elmi-publisistik məqalənin, onlarla radio və televiziya verilişlərinin müəllifidir, ABŞ-in Çikaqo, Enarber, Flint Eytrian, Almaniyanın Köln şəhərlərində, eləcə də Bağdad, Tehran, Moskva, Yekaterinburq, Düşənbə, Tbilisi, Almatı şəhərlərində keçirilən konfrans, simpozium və konqreslərdə məruzələr ilə çıxış etmişdir. Elmi məqalələri Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan və İraqda nəşr edilmişdir.