Azər Dadaşov adına pianoçuların IV Beynəlxalq müsabiqəsini
Azərbaycan Bəstəkarlar İttifaqı
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
Azər Dadaşov adına pianoçuların
IV Beynəlxalq müsabiqəsini
ELAN EDİR
Müsabiqə 22-25 aprel 2019-cu il tarixlərində Bakı şəhərində keçiriləcək.
Müsabiqə 3 mərhələdən ibarətdir. İştirakçılar 2 yaş qrupuna bölünür:
I qrup- 16 yaşadək
II qrup – 16 yaşdan yuxarı.
Müsabiqədə iştirak etmək istəyən pianoçular 1 aprel 2019-cu il tarixinə qədər
öz sənədlərini BMA-ya təqdim etməlidirlər ( Tel: (012) 493-79-04).
LAZIM OLAN SƏNƏDLƏR: Ərizə, 2ədəd 13x18 ölçülü şəkil, doğum haqqında şəhadətnamə, xasiyyətnamə, bütün mərhələlər üzrə ifa olunacaq proqram.
Təşkilat komitəsinin sədri - Azərbaycan Bəstəkarlar İttifaqının sədri , Xalq artisti, UNESCO-nun “Sülh artisti”, professor Firəngiz Əlizadə.
Müsabiqənin sədri – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin və Azərbaycanın Xalq artisti ,Dövlət Mükafatı Laureatı, Şöhrət Ordenli , professor Fərhad Bədəlbəyli.
Müsabiqənin cədvəli:
I mərhələ
22 aprel , saat 10.00 – 16 yaşadək iştirakçılar. Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına zalı ( Xaqani küç.55)
23 aprel , saat 10.00 - 16 yaşdan yuxarı iştirakçılar. Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına zalı ( Xaqani küç.55)
II mərhələ
24 aprel , saat 10.00 - Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına zalı ( Xaqani küç.55)
III mərhələ
25 aprel , saat 10.00 – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalı (Ş.Bədəlbəyli küç.98)
25 aprel , saat 17.00 – Müsabiqə qaliblərinin mükafatlandırılması və Qala konsert.
MÜSABİQƏNİN PROQRAMI:
I mərhələ
1. İ.S.Bax, Y.Haydn, V.A.Motsart və ya L.V.Betxovenin əsərlərindən biri.
2. Azər Dadaşovun “Çiçəkçin” (7 rəqs), “6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi) silsilələrindən və ya Sonatina n.1, Sonatina n. 2, Sonatina n.3 əsərlərindən biri.
Əsərlərin hər hansı bir hissəsinin ifası məqbul sayılır.
II mərhələ
1. Romantizm və ya impressionizm dövr bəstəkarlarının əsərlərindən biri
2. A.Dadaşovun pyeslərindən biri (“Baqatel”, “Şən rəqs”, “Alliluya”, “Fəzanın təranəsi”). İştirakçı seçimindən asılı olaraq 1,2,3 və ya bütün pyesləri ifa edə bilər.
III mərhələ
1. A.Dadaşovun – N.1,2,3 konsertlərindən biri və ya fortepiano və kamera orkestri üçün “Poema”-nın ifası.
Müsabiqənin şərtləri:
Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir və bu qərar protokol ilə təsdiq olunur.
Müsabiqənin qalibləri diplom, xüsusi hədiyyələr və pul mükafatı ilə təltif olunurlar.
I yer – 1000 manat və I dərəcəli diplom
II yer- 800 manat və II dərəcəli diplom
III yer -600 manat və III dərəcəli diplom
Dövlət və ictimai müəssisələr, fərdi şəxslər qaliblərə öz hədiyyələrini təqdim edə bilərlər.
Bütün müsabiqə iştirakçıları xüsusi sertifikat və xatirə medalları ilə təltif olunurlar.