• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Arif Məlikovun 85 illik yubileyinə həsr olunmuş, pianoçuların Respublika müsabiqəsi

     

    17.12.2018-19.12.2018
    Ərizənin təqdim olunduğu ünvan
    Müsabiqə 17.12.18-19.12.18-ci tarixində Baki şəhərində 2 mərhələdən ibarət olmaqla keçiriləcəkdir. Müsabiqədə iştirak etmək arzusunda olan pianoçular 10.11.2018-ci ilə qədər sənədləri Bakı Musiqi Akademiyasının fortepiano fakultəsinin dekanlığına və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail adresinə təqdim edə bilərlər. (tel.: +994513030309).
    Müsabiqəyə təqdim olunan sənədlər
    • İştirakçının ərizəsi
    • Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin sürəti
    • 13*18 ölçüdə rəngli fotoşəkil (2ədəd)
    • 2 tur üzrə ifa olunan proqram

    Müsabiqənin şərtləri
    • Müsabiqədə 16-28 yaş arasında olan pianoçular iştirak edə bilər
    • Müsabiqə 2 turdan ibarətdir
    • Finala 6 iştirakçı qalacaqdır
    • Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir
    Bütün iştirakçılara xüsusi sertifikat təqdim olunur
    • Münsiflər heyyətinin qərarı həlledicidir: şikayət qəbul edilmir və təkrar müzakirə olunmur
    • Qaliblərə pul mükafatı və diplom təltif olunur:
    I ci yer – 500 manat və 1-ci dərəcəli diplom.
    II ci yer – 300 manat və 2-ci dərəcəli diplom
    III cü yer – 200 manat və 3-cü dərəcəli diplom
    • Müsabiqə laureatlarının pedaqoqlarına diplom təqdim olunacaq


    Müsabiqənin məqsədləri:
    Müsabiqənin məqsədi gənc musiqiçiləri aşkara çıxarılmasından və onlara yaradıcı dəstəyin göstərilməsindən, onların yaradıcı potensialının inkişaf etdirilməsindən, eləcə də, Azərbaycanın piano məktəbinin ən yaxşı pedaqoji ənənələrinin qorunub saxlanmasından və inkişaf etdirilməsindən ibarətdir.

    Müsabiqənin Proqramı

    I Tur (15 dəqiqə):
    İ.S.Bax, D.D.Şostakoviç – Prelyudiya və Fuqa
    Sonatalar: Y.Haydn, V.Motsart, L.V.Bethoven (1-ci və ya 2-3cü hissələr)
    Etüdlər: F.Şopen, F.List, A.Skryabin, S.Rahmaninov, S.Prokofyev.
    II Tur (20-25 dəqiqə):
    XIX - XX əsrin iri həcmli əsərləri
    Arif Məlikovun əsəri.

    • Müsabiqənin sədri:
    Ü.Hacibəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəyli
    • Təşkilat komitəsinin sədri:
    Nəzərova Nərgiz – Bakı Musiqi Akademiyasının müəllimi


    Jüri üzvləri:
    Nərminə Quliyeva – Azərbaycanın əməkdar müəllimi, professor
    Nəzakət Rimazi - Azərbaycanın əməkdar müəllimi, professor
    Samirə Aşumova – Azərbaycanın əməkdar artisti, professor
    Elnarə Kəbirlinskaya – Azərbaycanın əməkdar artisti, professor.

     

     


    Layihənin müəllifi və bədii rəhbəri – Nəzərova Nərgiz