• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    “Tarix-nəzəriyyə” fakültəsi müsabiqə elan edir!


    Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Xalq Artisti, akademik, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Bəstəkarlıq” kafedrasının müdiri, dahi bəstəkar və professor Arif Məlikovun 85 illik yubileyi ilə əlaqədar olaraq tələbələr arasında yazı işi müsabiqəsi keçirilir. Yazı işləri oktyabr ayının 15-nə qədər “Tarix-nəzəriyyə” fakülətəsinin dekanlığına təhvil verilməlidir. Müsabiqədə bütün tələbələr iştirak edə bilər. Müsabiqədə iştirak edən tələbələr fəxri fərman və hədiyyələrlə təltif olunacaq.
    MÜSABİQƏNİN ŞƏRTLƏRİ:
    1. Yazı işi A4 vərəqdə Times new roman – 14 şriftində, 1,5 intervalında çap olunmalıdır.
    2. Tələbənin adı, soyadı, ixtisası, kursu yazı işinin üz vərəqində ayrıca qeyd olunmalıdır.
    3. Yazı işinin həcmi 4 səhifədən artıq olmalıdır.
    4. Yazı işinin sonunda istifadə olunmuş ədəbiyyat siyahısı qeyd olunmalıdır.