• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda III Respublika Elmi Konfransı keçirilib

     

    Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
    Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz
    Azərbaycan Milli Elmlər Akademiyası

    ELAN

    Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə 7 may 2018-ci il tarixində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda III Respublika elmi konfransı keçiriləcəkdir. Məqalələri 27 aprel 2018-ci il tarixinə qədər şəxsən və ya e-mail vasitəsi ilə təqdim edə bilərsiniz.

    Konfransın istiqamətləri:
    - Azərbaycan ədəbiyyatı
    - Azərbaycan mədəniyyəti
    - Azərbaycan incəsənəti

    Tələblər:
    1. Həcm: 5 səhifəyə qədər, format A4, ölçü 14, şrift Times New Roman, sağdan 1 sm, soldan 3 sm, yuxarıdan və aşağıdan 2 sm, 1,5 interval, abzas 0,7.
    2. Xülasə: ingilis və rus dilində
    3. Açar sözlər məqalənin adından sonra ingilis və rus dilində göstərilməlidir.
    Ədəbiyyat istinadlar aşağıdakı şəkildə olmalıdır: dördkünc mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn (4) və ya (2; 51; 28)
    4. İstifadə edilmiş ədəbiyyat siyahısı məqalənin sonunda verilir.

    Məqalənin strukturu:
    1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi, elmi adı
    2. Təşkilat və şəhərin adı adi şriftlə

    Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən, elmi dərəcəsi olmayan müəlliflərin məqalələri qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək. Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
    Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz:

    Ünvan: AZ 1009, Bakı şəhəri, Bəşir Səfəroğlu 144
    E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
    Əlaqə: 050-243-99-90 594-05-09