• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyi MÜSABİQƏ ELANI MUSİQİŞÜNAS VƏ ELM İŞÇİLƏRİNİN NƏZƏRİNƏ!

     

    Azərbaycan Prezidentinin Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin I qrant müsabiqəsinin qalibi “Yeddi səsdən doğan sərvət- ELM və MUSİQİ” layihəsində iştirak üçün mətn müsabiqəsi elan olunur.

    Layihədə iştirak üçün 10.05.2018 tarixinədək “Yeddi səsdən doğan sərvət- Qara Qarayev100” adı altında hazırlayacağınız mətni və CV-nizi Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına yollamalısınız. (mətn A4 kağız formatında 4 səhifədən çox olmamaq şərti ilə, şrift 14, Times New Romanla yazılmalıdır. CV və şəxsiyyət vəsiqəsinin surəti də sənədlərə mütləq əlavə olunmalıdır)  Mətndə Qara Qarayev yaradıcılığının Azərbaycan musiqi mədəniyyətindəki rolu və onun yaradıcılığının zirvəsi saydığınız əsəri haqqında ətraflı fikirləriniz yer almalıdır.

    Seçilmiş mətnlər 1, 2 və 3-cü yer olmaqla “Yeddi səsdən doğan sərvət- ELM və MUSİQİ” adı altında keçiriləcək konsertdə qaliblər elan ediləcək, diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.