• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 iyun 2022-ci il

     Naxçıvan Dövlət Universiteti “Azərbaycanın sənətşünaslığında Naxçıvan ənənələri” Respublika elmi konfransı

    Konfrans haqqında

    Azərbaycan sənətşünaslıq elmi çox zəngin ənənələrə malikdir. Özündə çox qədim irs yaşadan sənətşünalıq elmi Azərbaycan elminin davamlı inkişafını təmin etmək üçün, elmi və tarixi irsimizin qorunub saxlanılmasında çox gərəkli rol oynayır.

    Milli sənətşünaslıq elmimizdə Naxçıvan məktəbi çox böyük tarixi inkişaf dövrü yaşayır. Prinsip etibarilə bu dövlətin birbaşa elmə, təhsilə, mədəniyyətə göstərdiyi diqqətin bariz nümunəsidir.

    Qədim Naxçıvan torpağında elm ocaqları içərisində özünün yüksək reytinqi və potensialı ilə seçilən Naxçıvan Dövlət Universitetində yeni – yeni elmi – tədqiqat əsərlərinin meydana gəlməsi, elmimizin inkişafı və tərəqqisinə xidmət edəcək və həmin əsərlərin təqdimetmə mərasimlərinin keçirilməsi, elmi inkişafa yön verə biləcək konfransların, simpoziumların, beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını almaqdadır. Qürur duyulası haldır ki, Naxçıvan sənətşünaslığı xalqımızın milli mənəviyyatının zənginliyindən xəbər verməkdədir.

    Müasir elmi fikrimizdə Naxçıvan sənətşünüslığı artıq bir çox elmi istiqamətlər üzrə fundamental tədqiqat əsərləri ərsəyə gətirmək baxımından mühüm əhəmiyyətə malikdir. “Azərbaycan sənətşünaslığında Naxçıvan ənənələri” modeli artıq özünü bariz şəkildə sübut etməkdədir.

      

    Konfransın məqsədi

    Konfransın məqsədi Azərbaycanda sənətşünaslıq elminin təşəkkülü, inkişaf mərhələləri və müasir durumu kontekstində Naxçıvan sənətşünaslıq elminin tarixi və müasir dövr sənətşünaslığımız barədə ətraflı məlumat vermək, bu elmin inkişafı istiqamətində görülə biləcək tədbirlərin əhəmiyyətini göz önünə gətirməkdir.

    ​“Azərbaycan sənətşünaslığında Naxçıvan ənənələri” konfransının keçirilməsi Azərbaycan gənclərinin bu sahədə öz potensialını ortaya qoyması, tədqiqatçılar, sənətşünaslar arasında, bu elm sahəsi üzrə təhsil alan və gələcəkdə Naxçıvan sənətşünaslığının təbliğinin güclənməsi və onların bu istiqamətdə maariflənməsi baxımından vacib və gərəklidir.  

     

    Konfransın istiqamətləri

    1. Sənətşünaslıq (İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi)

    2. Dekorativ – tətbiqi sənət

    3. Rəngkarlıq

    4. Qrafika

    5. Memarlıq

    6.Musiqi ifaçılığı

    7.Çalğı alətləri

    8.Teatr-dekorasiya

    9.Mədəniyyət

     

    Təşkilat komitəsi

    1. Sədr-Elbrus İsayev (Tarix üzrə fəlsəfə doktoru¸dosent)

    2. Cavid İsmayılov (Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı, dosent)

    3. İsmayıl Mürsəlov ( Pedaqogika üzrə fəlsəfə doktoru¸dosent)

    4. Səidə Məmmədova (Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi,  Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi,Professor)

    5. Aynurə Quliyeva (Sənətşünaslıq üzrə fəlsəfə doktoru¸dosent)

    6. İnara Məhərrəmova (Sənətşünaslıq üzrə elmlər doktoru¸dosent (Azərbaycanın əməkdar müəllimi))

    7. Gülxarə Əhmədova (Filologiya üzrə fəlsəfə doktoru¸dosent)

     

    Məqalələrin qəbul qaydaları

    1. Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.

    2. Məqalələrin həcmi 10 səhifəyə qədər, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.

    3. Məqalənin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıda və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1.15 intervalla, Azərbaycan, türk, ingilis və ya rus dillərində “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

    4. Təqdim olunan yazının əvvəlində məqalələrin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı tam göstərilməlidir.

    5. Məqalənin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, məqalənin yazıldığı dildə xülasə və açar sözlər verilməlidir.

    6. Elmi araşdırmaların yazılma üsullarına uyğun, beynəlxalq standartlara cavab verən məqalələrdə giriş, ən azı iki yarımbaşlıq və nəticə olmalıdır.

    7. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdən sonra, mötərizə içərisində müəllifin soyadı, nəşrin ili və səhifə nömrəsi sıra ilə verilməlidir; məsələn: (Bünyadov 2007, 17-21).

    Əgər bir müəllifin eyni ildə çap olunmuş iki və daha artıq əsəri varsa, belə olduğu halda (Bünyadov 2007(1),31-36) və ya (Bünyadov 2007(2), 42-55) kimi qeyd edilir.Məqalənin sonunda ədəbiyyat siyahısında soyad, ad və nəşr ili göstərildikdən sonra, mötərizə içərisində 1 və ya 2 rəqəmləri qeyd edilir;məsələn: (Bünyadov Ziya (2007/1), 31-36) və ya (Bünyadov Ziya (2007/2), 42-55).

    8. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formada yerləşdirilməlidir: müəllifin soyadı və adı; nəşr ili(il); kitab; məqalə; simpozium və digərlərinin tam adı (əgər varsa, tərcümə edənin adı və soyadı); nəşr edilən yer; nəşriyyatın adı. Məqalələrdə ən sonda səhifələr göstərilir. Ədəbiyyat siyahısı məqalənin sonunda verilməlidir.

    9. Xülasə və açar sözlər məqalənin yazıldığı dildən başqa iki xarici dildə, ədəbiyyat siyahısından sonra yerləşdirilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllifin adı, soyadı və elmi dərəcəsi (olduğu təqdirdə) tam göstərilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri məzmuna uyğun gəlməlidir.

    10. Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların düzgünlüyünə və digər məlumatlara görə cavabdehlik daşıyır.

     

    Sonda konfrans materialları toplu halında nəşr olunacaqdır. Məqalələrin nəşri ödənişsizdir.

    Məqalələrin göndərilməsi üçün son tarix: 05.06.2022

    Qeyd: Məqalələrin sonunda mobil telefon nömrənizi qeyd edin.

    Əlaqə nömrəsi: 544-08-61/1015