Neyman Abram Xananoviç
(1927 - 2000)
Violonçel ifaçısı, professor
Əmək fəaliyyətini 1950-ci ildən Azərbaycan Dövlət Simfonik Orkestrində başlamışdır. Violonçel ifaçısı olduğuna baxmayaraq o, mükəmməl nəzəri biliklərə malik olan musiqiçi olmuşdur.
Məhz buna görə maestro Niyazi Azərbaycan dilini səlis bilən A.X.Neymana Filarmoniyada musiqi lektoriyası aparmağı həvalə etmişdir.
A.Neyman Azərbaycan Dövlət Konservatoriyasının Tarix-nəzəriyyə fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
50-ci illərdəm “Kamera ansamblı” kafedrasında çalışmağa başlayan A.X.Neyman ömrünün sonuna qədər həmin kafedrada işləmişdir.