Quliyeva Simuzər (Fəridə) Ələkbər qızı
(25.12.1925, Bakı - 05.2016, Bakı)
Pianoçu, pedaqoq, professor, sənətşünaslıq namizədi. Azərbaycanın Əməkdar İncəsənət Xadimi (1972).
Azərbaycan Dövlət Konservatoriyasında 1942-1947-ci illərdə 2 ixtisas üzrə: fortepiano ifaçılığı (M.R.Brennerin sinfi), musiiqşünaslıq (N.S.Çumakovun sinfi) təhsil almışdır.
1947-1950-ci illərdə Moskva Konservatoriyasının aspiranturasında (A.B.Qoldenveyzerin sinfi) təhsilini davam etdirib. 1952-ci ildə “S.Raxmaninovun fortepiano və orkestr üçün Birinci fis-moll konsertinin 2-ci redaksiyasının müqayisəli təhlili” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1952-cü ildən ömrünün sonunadək “İxtisas fortepiano” kafedrasında pedaqoji fəaliyyət göstərib, 1969-1996-cı illərdə kafedraya rəhbərlik etmişdir. Pianoçuların yeni nəsillərinin yetişməsində böyük əməyi olub.