• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Sabayev Yuri Mixayloviç

    (20.10.1947, Bakı - 16.12.2007, Bakı)

    Pianoçu, pedaqoq, professor (2005).  


    1965-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində (professor S.Quliyevanın sinfi) təhsil almışdır (1965-1970). 1971-ci ildə professor S.Quliyevanın assistenti olub. 1976-cı ildə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində fortepiano ixtisası üzrə müəllimlərin ixtisasartırma kursunu keçmişdir.

    1970-ci ildən konsertmeyster və müəllim kimi Bakının müxtəlif musiqi məktəblərində fəaliyyət göstərmiş, konsert fəaliyyəti ilə məşğul olmuşdur.

    1979-1982-ci illər ərzində Yəmən xalq Respublikasında Edirna şəhərində Azərbaycan fortepiano sənətini yüksək səviyyədə təbliğ etmişdir. Yəmən xalq respublikasının fəxri fərmanı ilə təltif olunmuşdur.

    1987-ci ildən ömrünün sonuna kimi Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasında çalışmışdır. 70-dən artıq musiqi kadırları hazırlamışdır. Y.Sabayevin elmi-tədqiqat işləri sahəsində də böyük əməyi olmuşdur. “V.Adıgözəlovun fortepiano üçün 6 prelüdünün metodik təhlili”, “Pedal üzərində iş”, “G.Sviridov: Fortepiano üçün süit” və s. metodik vəsaitlərin müəllifidir.