• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Quliyev Rafiq Teyyub oğlu 

    (05.12.1934, Bakı - 19.08.2007, Bakı)

    Pianoçu, pedaqoq, professor. Azərbaycanın Əməkdar artisti (1989).

     
    1952-1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (professor S.Quliyevanın sinfi) təhsil alıb. 1957-1960-ci illərdə Moskva Dövlət Konservatoriyasınin aspirantı (professor A.V.Şadskisin və Y.V.Fleyerin sinfi) olub.

    1960-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasının İxtisas fortepiano kafedrasında müəllimlik fəaliyyəti ilə məşğul olub. 1994-1998-ci illərdə “İxtisas fortepiano” kafedrasına rəhbrlik edib.

    1960-ci ildə Bakıda keçirilən musiqi ifaçılarının I Zaqafqaziya müsabiqəsində laureat adına layiq görülüb. Moskva konsert birliyinin solisti olmuş, konsert proqramları ilə çıxış etmişdir. Almaniya və Misirin bir çox şəhərlərində çıxış edərək 50-dən çox konsert verib. 1974-1976-cı illərdə Qahirədə musiqi professoru işləyib. 1996-cı ildə Yunanıstanın Kofro adasında İoniya universitetində ustad sinifləri təşkil edib.