Səfərəliyeva Kövkəb Kamil qızı
(03.01.1907, Bakı - 27.06.1985, Bakı)
Pianoçu, pedaqoq, professor, metodist, publisist, maarifçi vә tәşkilatçı
Azәrbaycanın ilk pianoçu-pedaqoqu, Azərbaycanın xalq artisti (1972).
1915-ci ildә Marinski adına ümumtəhsil mәktәbinә daxil olur, fortepiano sinfindә musiqi dәrslәri alır, 1916-cı ildә tәhsilini Bakı musiqi texnikumunda davam etdirir. 1926-1932-ci illərdә Azərbaycan Dövlәt Konseravatoriyasının fortepiano şöbәsindә təhsil almışdır.
1926-cı ildәn Kövkәb Səfərəliyeva pedaqoji fəaliyyətə başlamışdır. O, Türk qadın seminariyasında çalışmış, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında tәcrübәçi-pedaqoq sonra isә “Xüsusi fortepiano” sinfinin pedaqoqu kimi fəaliyyət göstərmiş, Azərbaycan Dövlət Konservatoriyasının professoru olmuşdur. Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937-ci ildə Konsevatoriyanın nəzdində orta ixtisas musiqi məktəbini yaratmış (indiki Bülbül adına məktəb) və 1952-ci ilə qədər oranın direktoru olmuşdur.
Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün topluların tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.