• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Abasquliyev Oqtay Hüseyn oğlu

    (01.01.1940, Bakı - 02.03.2016, Bakı)

    Pianoçu, pedaqoq, professor. Azərbaycanın Əməkdar İncəsənət Xadimi (2008).


    1962-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyası), 1964-cü ildə isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında assistent-stajorluğu bitirmişdir.

    1967-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) “İxtisas fortepiano” kafedrasında çalışıb. Fortepiano” fakültəsinin dekanı (1976-2003), Tədris işləri üzrə birinci prorektor (2003- 2016) vəzifəsində çalışmışdır.

    “Fortepiano ixtisası üzrə metodika” dərsliyinin həmmüəllifi, 20-dən çox elmi metodiki işin, proqramlar və bröşürlərin müəllifi, bir sıra elmi əsər və kitabların redaktorudur.

    O.Abasquliyev Azərbaycanın nüfuzlu pianoçu-pedaqoqu kimi bir sıra ölkələrin aparıcı Konservatoriyalarına dəvət olunaraq, yüksək səviyyədə ustad dərsləri aparmışdır. O, Azərbaycanda, eləcə də, xarici ölkələrdə keçirilən mötəbər müsabiqə və festivalların münsiflər heyətinə sədrlik etməyə və ya üzv kimi iştirak etməyə də dəvət olunmuşdur.