• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Maqomayev Müslüm (Әbdülmüslüm) Mәһәmmәd oğlu

    (18.09.1885, Vladiqafqaz  - 28.07.1937, Bakı)

    Bәstәkar, dirijor, musiqi ictimai xadim. Azәrbaycanın әmәkdar incəsənət xadimi (1943).

    1899-1904-cü illərdə Qori seminariyasında Üzeyir Hacıbəyli ilə birlikdə təhsil almış və dostluq etmişdir. Tәһsil illәrindә musiqiyә böyük maraq göstәrmiş, ilk әsәrlәrini yazmışdır.

    1905-1911-ci illәrdә Şimali Qafqazda, Lәnkәranda müәllimlik etmişdir. 1911-ci ildә Bakıya köçmuş, müәllim, Azәrbaycan opera teatrında skripkaçı işlәmişdir. Hәmin vaxtdan mütәrәqqi mәdәniyyәt xadimlәrinin sırasında Azәrbaycan musiqili teatrının tәşәkkülü vә inkişafı uğrunda mubarizә aparmış, Üzeyir Hacıbəylinin әn yaxın silaһdaşı olmuşdur.

    1912-ci ildәn ömrünün sonunadək opera tamaşalarına dirijorluq etmişdir.

    M.Maqomayev “Şaһ İsmayıl” vә “Nәrgiz” operalarının, “Xoruz bəy” musiqi komediyasının, “Azərbaycan çöllərində” rapsodiyasının, “Radio marşı”, “Şәlalә” simfonik pyesinin, maһnı, rәqs, mars, fantaziya vә s. әsәrlәrin muәllifidir.

    Azərbaycanda etnomusiqişünaslığın inkişafında mühüm xidmətləri olmuş, “Rast” muğamını, 300-dәn artıq Azәrbaycan xalq maһnı vә rәqslәrini nota salmış və işləmişdir. Ü.Hacıbəyli ilə birlikdə “Azərbaycan türk el nəğmələri” məcmuəsini (1927) tərtib etmişdir.