Xanmәmmәdov Hacı Dadaş oğlu
(15.06.1918, Dərbənd - 7.04.2005, Bakı)
Bәstәkar, dirijor, pedaqoq. Azәrbaycanın xalq artisti (1988), әmәkdar incəsənət xadimi (1967), professor (1988)
“Şöhrət” ordeni ilə təltif olunmuşdur. 1932-37-ci illərdә Bakı musiqi mәktәbindә tar ixtisası üzrә təhsil almışdır. 1943-cü ildә Azərbaycan Dövlət Konservatoriyasında Azәrbaycan xalq musiqisinin әsasları şöbәsində Ü.Hacıbəylidən dәrs almışdır. 1947-1952-ci illərdə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə davam etdirir (əvvəlcə B.Zeydmanın, sonra Q.Qarayevin sinfində). Müxtəlif illərdə Azərbaycan xalq çalğı alәtlәri orkestrindә tarzən-solist və dirijor kimi fəaliyyət göstərib. Uzun illər Azərbaycan Dövlət Konservatoriyasında xalq çalğı alətləri orkestri üzrə dirijorluq ixtisasından dərs deyib.
Azərbaycan musiqi tarixində ilk tar və simfonik orkestr üçün Konsertin müəllifi kimi tanınır.
Müxtәlif janrlı әsәrlәrin: 2 operetta (“Bir dəqiqə”, “Bütün ərlər yaxşıdır”), tar vә simfonik orkestr üçün 5 konsert, arfa ilә simfonik orkestr üçün konsert, xalq çalğı alətləri orkestri üçün “Simfonietta” və suitaların (“Azərbaycan eskizləri”, “Kolxoz”, “Bayram”), 100-dən artıq maһnıların vә s. əsərlərin muәllifidir.