• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Hüseynli Qəmbər Muxtar oğlu 

     (16.04.1916, Gəncə - 01.08.1961, Bakı)

    Bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi.

    1927-ci ildə Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfində, 1929-1934-cü illərdə Gəncə pedaqoji texnikumunda təhsil almış, daha sonra Bakı Musiqi Texnikumunda violonçel ixtisası (A.S.Şvartsın sinfi) və bəstəkarlıq üzrə (Q.Z.Burşteynin sinfi) təhsilini davam etdirmişdir. 1951-1954-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda bəstəkarlıq (B.Zeydmanın sinfi) üzrə yenidən təhsil almışdır.

    Q.Hüseynli Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmış, Ü.Hacıbəylinin tövsiyəsi ilə Sazçı Qızlar Ansamblının təşkilatçısı və bədii rəhbəri olmuşdur.

    Q.Hüseynli “Qızıl quş” operasının, simli kvartet, fortepiano üçün pyeslərin, dram tamaşalarına musiqinin və çox sayda mahnıların müəllifidir. Mahnılarından: “Ay işığında”, “Tellər oynadı”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və s. məşhurdur, xüsusilə “Cücələrim” mahnısı dünyanın bir çox ölkələrində tanınmışdır.