• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İsmayılov Mәmmәdsaleһ Cәmil oğlu

    (1912, Şəki - 1993, Bakı)

    Musiqişünas alim, pedaqoq, sənətşünaslıq namizədi (1964), professor (1983). Azərbaycanın əməkdar incəsənət xadimi (1972).

    Azәrbaycanın ilk nәzәriyyәçi-musiqişünası, Ü.Hacıbəylinin tәlәbәsi vә Azәrbaycan xalq musiqisinin әsasları üzrә onun işinin davamçısı olmuşdur.

    1936-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakultəsinə daxil olmuşdur. Ü.Hacıbəylidən Azәrbaycan xalq musiqisinin әsaslarını öyrәnmiş, onun fikirlərini və xalq musiqisinin dərinliklərini hərtərəfli mənimsəməyə çalışmışdır. Təhsil illərində ADK-nın nəzdində Bülbülün rəhbərlik etdiyi Elmi-tədqiqat musiqi kabinetində fəaliyyət göstərmiş, xalq musiqi nümunələrinin notlaşdırılmasında və ekspedisiyalarda iştirak etmişdir. 1940-cı ildə Konservatoroiyanı bitirmiş və burada elmi və pedaqoji fəaliyyətə başlamışdır.

    1941-ci ildə orduya çağırılan M.İsmayılov Moskva Konservatoriyasının nəzdinfə hərbi dirijorluq kursunu bitirmiş və hərbi hissələrdə orkestr təşkili və tədbirlərin keçirilməsi ilə məşğul olmuşdur. 1946-cı ildə ordudan tәrxis olunaraq Bakıya qayıtmış, Ü.Hacıbəylinin rəhbərliyi altında Akademiyanın İncәsәnәt İnstitutunda işləmişdir. Eyni zamanda Azərbaycan Dövlət Konservatoriyasında ömrünün sonuna kimi pedaqoji fəaliyyət göstərmiş, uzun müddət “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri olmuşdur.

    Elmi yaradıcılığının əsas mövzusunu Azərbaycan milli musiqisinin məqam nəzəriyyəsinin araşdırılması təşkil edir. Ü.Hacıbəylinin muilli musiqinin tədqiqi sahəsindəki kəşflərini davam və inkişaf etdirmiş, məqam nəzəriyyəsinə yeni cəhətlər gətirmişdir. Ü.Hacıbəylinin “Azәrbaycan xalq musiqisinin әsasları” elmi-fundamental əsərini Azәrbaycan dilinә tәrcümә etmişdir (1950).

    “Azərbaycan xalq musiqisinin janrları” (1960), “Azәrbaycan xalq musiqisinin mәqam vә muğam nәzәriyyәsinә dair elmi-metodik oçerklәr” (1991) adlı monoqrafiyaların, “Elementar musiqi nəzəriyyəsi” dərsliyinin, bir sıra metodik vəsaitlərin və elmi məqalələrin müəllifidir. Xalq musiqisinin toplanıb tədqiq edilməsində mühüm xidmətləri olmuşdur. “Azərbaycan xalq rəqsləri” (T.Quliyev və Z.Bağırovla birlikdə, 1950) məcmuəsinin tərtibçilərindən biridir.