• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Mirişli Ramiz Aqil oğlu

     (6.05.1934, Naxçıvan - 17.04.2015, Bakı)

    Bəstəkar, kamança ifaçısı, pedaqoq, musiqi ictimai xadim, professor (1993). 

    Naxçıvan MR əməkdar incəsənət xadimi (1974), Azərbaycanın əməkdar incəsənət xadimi (1982), xalq artisti (1990), “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.

    İlk musiqi təhsilini kamança ixtisası üzrə almışdır, Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə (professor C.Hacıyevin sinfi) təhsil almışdır.

    1954-cü ildən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi, müxtəlif musiqi məktəblərində müəllim işləmişdir. O, 1962–2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışmış, həmçinin 1987–1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutmuşdur. 1978–1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir.

    R.Mirişli kamera orkestri üçün Simfoniyanın, tar ilə simfonik orkestr üçün Konsertin, “Azərbaycan”, “Odlar yurdu” kantatasının, N.Gəncəvinin qəzəlinə solist, xor və simfonik orkestr üçün “Peyğəmbərin tərifi” poemasının, mahnı və romansların, kamera-instrumental əsərlərin, teatr və kinofilmlərinə musiqinin müəllifidir.
    Mahnılarından: “Bir könül sındırmışam”, “Doğma diyarım”, “İlk görüş”, “Mavi dünyam”, “Güləndam”, “Əlvida”, “Bir xumar baxışla”, “Sevdalandım yaz gəlincə”, “Günay”, “Dedi gələcəyəm”, “Ya rəbbim”, “Məzəli mahnı”, “Yaraşıqsan”, “Hardasan”, “Yandım, elə yandım”, “Gəlmədi”, “Yeddi qızdan biri gözəl”, “Nənəm kəndi istəyir”, “Süfrə mahnısı”, “Gecələr”, “Dalğalar”, “Küsüb məndən” və s. M.Araz, F.Qoca, M.Aslan, D.Mustafayev, H.Razi, Y.Həsənbəy və b. şairlərin sözlərinə mahnı və romanslar.

    Bədii, sənədli və animasiya filmlərinə musiqi: “Akt və fakt”, “Alma almaya bənzər”, “Analar və laylalar”, “Azərbaycan xəritəsi”, “Bəylik dərsi”, “Dəvətnamə”, “Dınqıl, sazım, dınqıl”, “Həyat, sən kiminsən?”, “Kirpi balası və alma”, “Köhnə bərə”, “Qəzəlxan”, “Monoloq”, “Mürafiə vəkillərinin hekayəti”, “Pıspısa xanım və Siçan bəy”, “Sahilsiz gecə” və s.