Zeynallı Asәf Zeynalabdin oğlu
(5.04.1909, Dərbənd — 27.10.1932, Bakı)
Bәstәkar
1923-1926-cı illərdə Bakı Musiqi Texnikumunda təhsil almışdır, Azərbaycan Dövlət Konservatoriyasının bәstәkarlıq sinfini bitirmişdir (1931), burada Azәrbaycan xalq musiqisinin әsaslarını Hacıbəylidən öyrәnmişdir. 1928-ci ildәn ADK nәzdindәki musiqi mәktәbindә musiqi nәzәriyyәsindәn dәrs demişdir. 1929-1931-ci illərdə Azərbaycan türk fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olmuşlar.
Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.
Simfonik, kamera-vokal vә instrumental әsәrlәrin: “Ölkәm”, “Sual”, “Seyran”, “Sәrһәdçi”, “Çadra” romansları, forttepiano üçün fuqalar, pyeslәr, skripka vә fortepiano üçün pyes vә s., piano üçün “Uşaq süitası” silsiləsinin, “Çahargah” pyesinin, violino və piano üçün “Muğamsayağı”, 12 fuqanın, simfonik orkestr üçün “Fraqmentlər”, dram və teatr tamaşalarına musiqinin müәllifidir.