• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İsazadә Ağa Әһmәd İsa oğlu

    (18.01.1928, Bakı - 2007, Bakı)

    Musiqişünas, Sәnәtşünaslıq doktoru (1989), professor. Azәrbaycanın әmәkdar elm xadimi (1991).

    Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır.
    1955-ci ildәn Azәrbaycan EA Memarlıq vә İncәsәnәt İnstitutunda işlәyib, uzun illər “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri olub.

    Ə.İsazadə Azərbaycanda doktorluq dissertasiyasını müdafiə etmiş ilk musiqişünas-alimdir. O, ilk dəfə olaraq, Azərbaycan xalq musiqisinin tarixi, arxeoloji, etnoqrafik mənbələrini, həmзinin orta əsrlərdəki poetik və tətbiqi sənət mənbələrini aşkarlamış, xalq musiqisinin bu mənbələr əsasında tədqiq edilməsinin elmi-metodoloji prinsiplərini müəyyənləşdirmişdir. Onun araşdırmaları sayəsində Azərbaycan xalq musiqisinin notlaşdırılması, öyrənilməsi tarixi və bu məsələləin nəzəri aspekti sistemli şəkildə ilk dəfə elmi-musiqişünaslıq həllini tapmışdır.

    1960-1980-ci illərdə məqsədyönlü şəkildə aparılan folklor ekspedisiyalarının nəticəsində Ə.İsazadə mətbuatda və elmi nəşrlərdə elmi-məlumat xarakterli məqalələrlə çıxış etmişdir. Alminin bu fəaliyyəti sayəsində institutda folklor arxivi yaranmış, ekspedisiyalardan əldə edilmiş materiallar əsasında şöbədə irihəcmli fundamental “Azərbaycan xalq musiqisi atası” tərtib edilmiş, xalq musiqimizin janrlar üzrə yayılma arealı müəyyənləşdirilmişdir.

    Ə.İsazadə bəstəkar Nəriman Məmmədovla birlikdə iki hissədən ibarət “Azərbaycan xalq mahnı və oyun havaları” adlı folklor toplusu tərtib etmiş və bu toplular nəşr olunmuşdur (1975,1984).

    Ə.İsazadə “Azərbaycan musiqisinin salnaməsi (1920-1932)”, “İnqilaba qәdәrki Bakının professional musiqi һәyatının tarixindәn”, “Ü.Hacıbәyov vә M.Maqomayevin “Azәrbaycan türk el nәğmәlәri” mәcmuәsi vә onun Azәrbaycan folklorşünaslığının inkişafında elmi-tarixi әһәmiyyәti” vә s. mәqalәlәrin müəllifi, “Bәstәkarın xatirәsi” (1976), “Üzeyir Hacıbәyov һaqqında söz” (1985; 1990, rus dilindә) və s. kitabların tərtibçisidir.

    Ə.İsazadənin rəhbərliyi ilə “Azərbaycan xalq musiqisi antologiyası” oncildliyi tərtib olunmuşdur. Bu, çoxcildli fundamental toplulara xalq musiqisinin bütün janrları daxil edilmişdir. 2003-2007-ci illər ərzində “Antologiya”nın 7 cildi çapdan çıxmışdır.