• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Mirzəyev Musa Abdulla oğlu 

     (26.01.1933 - 29.01.2016)

    Bəstəkar, pedaqoq, musiqi-ictimai xadim, professor.

    Azərbaycanın əməkdar incəsənət xadimi (1982), Xalq Artisti (2006). “Şöhrət” ordeni (2003), “Şərəf” ordeni (2013) ilə təltif olunub.
    Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə (professor Qara Qarayevin sinfi) təhsil alıb (1952-1958).

    1959-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub. Bəstəkar həmçinin “Simfonik musiqi” bölməsinin sədri və Bəstəkarlar İttifaqının Lənkəran bölgə təşkilatının sədri kimi fəal ictimai iş aparıb.

    M.Mirzəyev müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində çalışmışdır. 1992-ci ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərib.

    M.Mirzəyev “I simfoniya”, “Simfonietta”, simli orkestr üçün “II simfoniya”, violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar - o cümlədən “Sədini oxuyarkən”, “Bayram poeması”, truba ilə orkestr üçün “Poema-noktürn”, “Yeddi simfonik lövhə” kimi simfonik əsərləri, habelə kvartet, trio, sonata-kapriççio, “Gənclik üçün albom”, “Lənkəran əfsanəsi” fantaziyası, “Romantik poema”, vokal silsilələrin, mahnıların, xor əsərlərinin müəllifidir.