Caһangirov Caһangir Şirgәşt oğlu
(20.06.1921, Bakı — 25.03.1992, Bakı)
Bəstəkar, xor dirijoru, pedaqoq, musiqi-ictimai xadim, professor.
Azәrbaycanın Əmәkdar incəsənət xadimi (1959), Xalq artisti (1963), Stalin mükafatı laureatı (1950).
Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır (1940-1951). 1937-ci ildən Ü.Hacıbəylinin rəhbərliyi altında xor kapellasında çalışmış, üzün illər boyu bu kollektivə rəhbərlik etmişdir. Azərbaycan Dövlət Konservatoriyasında “Xor dirijorluğu” kafedrasında dərs demiş və ömrünün sonuna kimi kafedranın müdiri vəzifəsində çalışmışdır.
C.Cahangirov O, “Azad” (1957), “Xanәndәnin taleyi” (1979) operalarının, “Tәzә gәlin” operettasının (1976), “Arazın o tayında” vokal-simfonik poemasının (1949), “Füzuli” (1959) vә “Nәsimi” (1973) kantatalarının, “Sabir” oratoriyasının, bir çox maһnı və romansların, xor əsərlərinin, teatr tamaşalarına vә kinofilmlәrә musiqinin müәllifidir. O, skripka vә simfonik orkestri üçün konsert janrına müraciәt etmiş ilk Azәrbaycan bәstәkarıdır. Həmçinin, ilk dəfə olaraq, xor üçün muğam işləmələrini yaratmışdır (“Azad” operasından “Çahargah” xoru).