• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Zülfüqarov Oqtay Qədir oğlu

    (31.03.1929, Bakı - 31.08.2016, Bakı)

    Bəstəkar. Azərbaycanın əməkdar incəsənət xadimi (1972), Xalq artisti (2000)

     “Şöhrət” ordeni ilə təltif olunmuşdur (2009). Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1959).

    1958-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq üzrə (professor Q.Qarayevin sinfi) bitirmişdir.

    Əsərləri: “Şəngülüm, Şüngülüm, Məngülüm” uşaq operettası, “Qız-ulduz”, “Meşə nağılı”, “Pişik və sərçə” nağıl-operaları, “Əlibaba və 40 quldur”, “Sehrli alma” nağıl-baletləri, “Təntənəli uvertüra”, “Sumqayıt” simfoniyası, Fleyta və simfonik orkestr üçün Konsert (2007), Violonçel və kamera orkestri üçün pyes (2007), “İntizar” böyük simfonik orkestr üçün Simfoniya (4 hissəli, 2008), “İnsan və zaman” kantatası. O.Zülfüqarov 200-dən çox mahnı mətnləri kitabçası (2006), 250-dən artıq uşaq mahnılarının müəllifidir.

    “Tumurcuq” və “Aysel” Uşaq Mahnı Teatrını yaradıb, uzun illər Azərbaycan Dövlət Televiziyasında uşaq verilişləri hazırlayıb.