• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə 

    (20.06.1912 – 02.08.1984)

    Dirijor, bəstəkar, ictimai xadim. SSRİ xalq artisti (1959), Sosialist Əməyi Qəhrəmanı (1982).

    Dirijorların Ümumittifaq baxışının laureatı (1946), SSRİ Dövlət mükafatı laureatı (1951, 1952), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət mükafatı laureatı (1967), Beynəlxalq Nehru mükafatı laureatı (1974).

    Moskvada və Leninqradda (Peterburqda) musiqi təhsili almış, Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında oxumuşdur.
    Niyazi bəstəkarlıq və dirijorluq fəaliyyətinə 1930-cu illərdə başlamışdır. Azərbaycan Dövlət Simfonik Orkestrinin formalaşmasında yaxından iştirak etmiş, 1938-ci ildən (müəyyən fasilələrlə) ömrünün sonuna kimi orkestrin bədii rəhbəri və baş dirijoru olmuşdur.

    Niyazinin ifaçılıq fəaliyyəti, həmçinin Azərbaycan Dövlət Opera və Balet Teatrı ilə (1937-ci ildən başlayaraq, 1958-1959; 1961-1965 - direktor, bədii rəhbər və baş dirijor), Leninqrad Opera və Balet teatrı ilə, Azərbaycan Dövlət Filarmoniyası ilə (1979-1984 - direktoru) bağlı olmuşdur.

    Niyazi bir sıra əsərlərin: “Rast” sinfonik muğamı, “Xosrov və Şirin” operası, “Çitra” baleti, vokal və instrumental əsərlərin müəllifidir.