• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Quliyev Tofiq Әlәkbәr oğlu

    (7.11.1917, Bakı - 4.10.2000, Bakı)

    Bәstәkar, dirijor, pianoçu, musiqi-ictimai xadim, professor.

     Azәrbaycanın xalq artisti (1964), Dövlət mükafatı laureatı, “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

    1934-cü ildә Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, burada Hacıbəylinin tәsiri ilә xalq musiqi folklorunu сiddi öyrәnmişdir. Bu dövrdә bir qrup gәnс musiqiçi ilә birlikdә Azәrbaycan xalq musiqisinin toplanıb yazılmasında fәal iştirak etmişdir.

    1936-cı ildә Ü.Hacıbəylinin tәklifi ilә T.Quliyev tәһsilini davam etdirmәk üçün Moskva konservatoriyasına göndәrilir, burada bәstәkarlıq vә dirijorluq üzrә tәһsil alır. 1951-ci ildә Moskva konservatoriyasını, 1954-cü ildә aspiranturanı bitirir.

    Azәrbaycan estrada musiqisinin yaradıcısıdır. 1939-cu ildә respublikada ilk caz-orkestri tәşkil etmişdir. 1954-1957-ci illәrdә Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfinә rәһbәrlik etmişdir. 1961-1964-cü illәrdә Azәrbaycan Dövlәt Filarmoniyasının direktoru (1958-1959 illәrdә bәdii rәһbәri) olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi və sədri (1990-2000) olmuşdur.

    T.Quliyev yüzlәrlә maһnı, 5 operetta (“Aktrisa”, “Qızıl axtaranlar”, “Sənin bircə sözün”, “Ella, sabahın xeyir”), valslar, f-no üçün prelüd vә variyasiyalar, “Qaytağı” fortepiano və orkestr üçün pyesini, filmlәrә vә dram tamaşalarına musiqi vә s. əsərlər yazmışdır. 40-a qədər bədii filmə musiqi yazmışdır: “Səbuhi”, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Onu bağışlamaq olarmı”, “Qaynana” və s.

    T.Quliyevin etnomusiqişünaslıq sahəsində xidmətləri olmuşdur. 1936-cı ildә T.Quliyevin və Z.Bağırovun tarzən M.Mansurovun ifasından nota yazdıqları “Rast”, “Zabul” və “Dügah” muğamlarının ilk nəşrləridir. T.Quliyevin notlaşdırdığı xalq musiqi nümunələri “Azərbaycan xalq mahnıları” (S.Rüstəmov, F.Əmirov, T.Quliyev, Bülbülün redaktəsi ilə, Bakı, 1956-1958)”, “Azərbaycan xalq rəqsləri” (T.Quliyev, Z.Bağırov, M.İsmayılov, 1950) məcmuələrində çap olunmuşdur.