• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Qarayev Qara Әbülfәz oğlu

    (5.02.1918, Bakı - 13.05.1982, Bakı)

    Bәstәkar, pedaqoq, musiqi-iсtimai xadim, professor.

    Azәrbaycanın xalq artisti (1958), SSRİ xalq artisti (1959), Azәrbaycan EA akademiki (1959), SSRİ Dövlәt Mükafatı (1946, 1948), M.F.Axundov adına Respublika Mükafatı (1965) vә Lenin (1967) mükafatı laureatı. Sosialist Əməyi Qəhrəmanı, Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunmuşdur.

    1935-1938-ci illәrdә Azərbaycan Dövlət Konservatoriyasında bәstәkarlıq üzrə təhsil almış, 1938-ci ildәn tәһsilini Moskva Dövlət Konservatoriyasında davam etdirәrәk, 1946-cı ildә Konservatoriyanı (D. Şostakoviçin sinfi) bitirmişdir. 1946-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında dәrs demiş, 1949-1952-ci illərdə Konservatoriyanın rektoru olmuşdur. Q.Qarayev böyük bəstəkarlıq məktəbi yaratmış, görkəmli bəstəkarlar nəsli yetişdirmişdir.

    1944-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1952-1982-ci illər ərzində sədri, həmçinin, SSRİ Bəstəkarlar İttifaqının katibi olmuşdur. Q.Qarayevin əsərləri bu gün də dünyanın bir çox ölkələrində səslənir. O, nüfuzlu musiqi xadimi kimi Beynəlxalq tədbirlərin, simpoziumların iştirakçısı olmuş, Beynəlxalq musiqi müsabiqələrinin münsiflər heyətinə dəvət olunmuşdur.

    Q.Qarayev “Vәtәn” operasını (1945, С. Hacıyevlә birgә), “Yeddi gözәl” (1952) vә “İldırımlı yollarla” (1957) baletlәrini, “Сoşğun qaskoniyalı” (1973) romantik musiqili komediyasını, “Zəriflik” monooperasını yaratmışdır. O, 3 simfoniya, “Leyli vә Mәсnun” simfonik poeması, “Azәrbayсan süitası”, “Alban rapsodiyası”, “Vyetnam süitası”, “Don Kixot” simfonik qravürlәrinin, skripka ilә orkestr üçün konsertin vә s. vokal və instrumental əsərlərin, bir sıra kinofilmlərə və dram tamaşalara musiqinin müәllifidir. Onun çoxsaylı məqalə və məruzələri elmi nəşrlərdə, dövrü mətbuatda dərc olunmuşdur.