• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Hacıyev Әhmәd Cövdәt İsmayıl oğlu

    (5.06.1917, Bakı - 18.01.2002, Bakı)

    Bәstәkar, pedaqoq, musiqi ictimai xadim, professor (1963).

     Azәrbaycanın xalq artisti (1960), SSRİ Dövlət (Stalin) mükafatları laureatı (1946, 1952). “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Milli simfonizmin yaradıcılarındandır.

    Azərbaycan Dövlət Konservatoriyasında (1935-1938), daha sonra Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə D.Şostakoviçin sinfi təhsil almışdır (1947-ci ildə bitirmişdir). Təhsil illərində Ü.Hacıbəylinin məsləhətlərindən bəhrələnmişdir.

    40 ildən artıq bir dövrdə Azərbaycan Dövlət Konservatoriyasının professoru, 1957-1969-cu illərdə rektoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi olmuşdur (1985-1990).

    C.Hacıyev 8 simfoniyanın (o cümlәdәn, Ulu öndər Heydәr Әliyevә hәsr olunmuş “Onu zaman seçib” simfoniyasının), “Sülh uğrunda” simfonik poemanın (1957), “Vәtәn” operasının (Q.Qarayevlә birlikdә, 1945), xor, solist vә orkestr üçün oratoriyanın (1949), kamera-instrumental və vokal әsәrlәrin müәllifidir.