Әliverdibәyov Nazim Ağalar oğlu
(4.08.1926, Bakı — 16.02.1985, Bakı)
Bəstəkar, pedaqoq, musiqi redaktoru, musiqi ictimai xadim. Azərbaycanın əməkdar incəsənət xadimi, professor.
1952-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq üzrə (professor C.Hacıyevin sinfi) bitirmişdir.
1951-85-ci illәrdә Bulbul adına orta ixtisas musiqi mәktәbindә (1964-85-ci illәrdә direktor) vә Azərbaycan Dövlət Konservatoriyasında dәrs demişdir.
Əsərləri: uşaqlar üçün “Cırtdan” nağıl-operası, “Nazxanım naz eləyir” musiqili komediyası, “Muğam” xoreoqrafik lövhələri, 2 balet süitası, “Mingəçevir” simfonik poeması, xalq çalğı alətləri orkestri üçün “İçəri şəhər” musiqi lövhələri, silsilə romanslar, kamera-instrumental və xor əsərləri, “Bayatı-Şiraz” muğamının a capella xoru üçün işləməsi, teatr tamaşalarına və kinofilmlərə yazılmış musiqi.
Ü.Hacıbəylinin “Әsli vә Kәrәm” vә “Leyli vә Mәcnun” operalarını yenidәn orkestrlәşdirmişdir. Ü.Hacıbəylinin nәşr edilmiş “Leyli vә Mәcnun” (1983) vә “Koroğlu” (1985) operalarının partituralarının musiqi redaktoru olmuşdur.