“ÜZEYİR HACIBƏYLİNİN MİLLİ MƏQAM SİSTEMİ GƏNC MUSİQİÇİLƏRİN TƏDRİS REPERTUARINDA” III RESPUBLİKA MÜSABİQƏSİ
İŞTİRAKÇININ ƏRİZƏ-ANKETİ |
“Təsdiq edirəm”
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının
rektoru, professor
Fərhad BƏDƏLBƏYLİ
“_____” _________ 2024- cü il
ÜZEYİR HACIBƏYLİ – 140
BMA-nın MƏKTƏB-STUDİYASI – 45
“ÜZEYİR HACIBƏYLİNİN MİLLİ MƏQAM SİSTEMİ
GƏNC MUSİQİÇİLƏRİN TƏDRİS REPERTUARINDA”
III RESPUBLİKA MÜSABİQƏSİ
(professor Tərlan Seyidovun müəllif layihəsi əsasında)
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
fevral 2025-ci il
Təsisçilər:
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası
ƏSASNAMƏ
Müsabiqənin məqsədi – böyüməkdə olan nəslin mənəvi simasının formalaşması ilə sıx bağlı olan milli gen yaddaşının fəallaşdırılması, musiqi və incəsənət məktəbləri şagirdlərinin öz milli köklərinə, Azərbaycan xalq musiqi sənətinin əsaslarına maraq oyadılmasıdır.
Hazırki müsabiqə Bakı Musiqi Akademiyası və onun elmi-eksperimental bazası – BMA-nın İxtisas musiqi məktəb-studiyasının çoxillik işi – tədris-tərbiyə prosesində milli musiqinin didaktik rolunun artırılmasını realizə edir. Məktəb-studiyanın yeni metodları – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən bəyənilmiş və ölkənin musiqi məktəblərinin tədris proqramlarına tətbiq olunmuşdur (Nazirliyin 15.04.2010-cu il tarixli, 909/01 №-li məktubu).
O cümlədən, müsabiqə ənənəvi Avropa major-minor sistemilə yanaşı Azərbaycan məqam sisteminin bərabər şəkildə qavranılması üçün əlverişli şərait yaradır. Tədrisin I ilindən başlayaraq keçirilən Azərbaycan məqamları gənc musiqiçilərin xalq musiqimizi mənimsəməsi üçün böyük təkandır.
MÜSABİQƏNİN ŞƏRTLƏRİ
1. Müsabiqə 3 yaş qrupu üzrə 2 mərhələdə (I mərhələ – seçim mərhələsi) aşağıda qeyd olunan nominasiyalar üzrə keçirilir:
- Fortepiano
- Simli alətlər
- Nəfəs və zərb alətləri
- Vokal
2. I mərhələ (seçim mərhələsi) videoçəkiliş əsasında keçiriləcək. Videoçəkiliş “YouTube” saytına yerləşdirilməli və linki sənədlərlə birgə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərilməlidir. İfanın videoçəkilişi əsərin əvvəlindən sonuna qədər montajsız, arası kəsilmədən və dayanmadan aparılmalıdır. İfa zamanı nominasiyadan asılı olaraq ifaçının siması, əlləri, musiqi aləti, hərəkətləri aydın görünməlidir.
II mərhələdə münsiflər heyətinin qərarı ilə bütün nominasiyalar üzrə hər yaş qrupunda maksimum 30 nəfər iştirak edə bilər.
3. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir. Qaliblər “Üzeyir Hacıbəylinin milli məqam sistemi gənc musiqiçilərin tədris repertuarında III Respublika müsabiqəsinin laureatı” adına layiq görülür. Diplom alan şəxslərə isə “Üzeyir Hacıbəylinin milli məqam sistemi gənc musiqiçilərin tədris repertuarında III Respublika müsabiqəsinin diplomantı” adı verilir.
4. Müsabiqə iştirakçılarını öz konsertmeysterləri müşayiət etməlidir.
5. İştirakçıların və onları müşayiət edən müəllim və konsertmeysterlərin müsabiqədə iştirakı ilə bağlı təşkilati məsələlərin həlli və ezamiyyə xərcləri öz vəsaitləri hesabına həyata keçirilir.
6. Münsiflər heyətinin qərarı həlledicidir: şikayət edilə və təkrar müzakirə oluna bilməz.
Qeyd: II mərhələdə iştirak etmək hüququ qazanmayan və II mərhələyə keçib qalib olmayan iştirakçılara heç bir sənəd verilmir.
MÜSABİQƏNİN PROQRAMI
1. Xalq musiqisi işləmələri (xalq mahnı və rəqs işləmələri)
2. Azərbaycan bəstəkarlarının iri həcmli əsərləri – Sonata, sonatina, variasiyalar (reqlamentə uyğun olaraq bütün hissələr və yaxud I və ya II, III hissələr) və ya polifonik əsərləri
MÜSABİQƏNİN YAŞ QRUPU
I yaş qrupu – 9 – 12 yaş
II yaş qrupu– 13 – 16 yaş
III yaş qrupu – 17 yaş və yuxarı
MÜSABİQƏYƏ TƏQDİM OLUNACAQ SƏNƏDLƏR
1. Müsabiqə iştirakçılarının ərizə-anketi (əlavə).
2. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti.
3. İştirakçının təhsil aldığı müəssisənin arayışı.
4. Foto şəkil.
5. “YouTube” saytına yerləşdirilmiş videoyazıların linki (ərizə-anket formasına yerləşdirilməlidir).
Qeydlər:
– Hər bir iştirakçının sənədləri tək-tək göndərilməli və elektron poçtun mövzu bölməsinə iştirakçının soyadı, ata adı, yaşı və məktəbi qeyd olunmalıdır.
– Göndərilən sənədlər tam, düzgün, iştirakçının yaşına və müsabiqənin tələblərinə uyğun olmazsa, iştirakçı müsabiqəyə buraxılmayacaq.
– II mərhələdə iştirak etmək hüququ qazanmış iştirakçılar 25 manat məbləğində ödəniş etməlidirlər.
ƏRİZƏ VERMƏNİN QAYDASI
Müsabiqədə iştirak etmək istəyənlər 2025-ci il yanvar ayının 5-nə qədər (qeyri iş günlərində sənəd qəbul edilmir) yuxarıda qeyd olunan sənədləri Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərməlidirlər.
MÜSABİQƏNİN TARİXİ:
22 – 29 yanvar (I mərhələ), 17 – 27 fevral (II mərhələ)
SƏNƏD QƏBULU: 5 yanvar 2025-ci il tarixinə qədər
(qeyri iş günlərində sənəd qəbul edilmir)
Telefon: (+99412) 493 19 17; (+99412) 598 01 94
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.