MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT) P R O Q R A M
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
Ü.HACIBƏYLİ adına BAKI MUSİQİ AKADEMİYASI
ƏLAVƏ TƏHSİL ŞÖBƏSİ
MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ
(ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
(Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuşdur)
Tərtib olunan proqram ali məktəblərin musiqi şöbələri, musiqi kollecləri incəsənət məktəbləri və uşaq musiqi məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuşdur. İxtisasartırma proqramı təhsildə aparılan islahatlara müvafiq olaraq pedaqoji kadrların peşə potensiyalının artırılması məqsədi ilə hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.09.2010 – cu il tarixli 163 № li qərarı ilə “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi “ qaydaları ixtisasartırma təhsili, əlavə təhsilin bir istiqaməti olmaqla müəllimlərin peşə hazırlığının yüksəldilməsi və təkmilləşdirilməsi, həmçinin müasir dövrün tələblərinə cavab verən mütəxəssislər hazırlamasını təmin edir. Bu da təhsildə peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır, kadrların peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsinə, tədrisin daha müasir peşə bacarığı və vərdişlərinin qazanılmasına xidmət edir.
İxtisasartırma və kadrların təkmilləşdirilməsi zamanı aşağıdakılar nəzərə alınır:
1. müvafiq ixtisaslar üzrə nəzəri və təcrübi hazırlıq;
2. açıq dərs və konsertlərin təşkili;
3. nəzəri mövzular üzrə diskussiyaların təşkili;
4. ixtisasartırma və kadrların təkmilləşdirilməsinin nəticələri barədə hesabatın hazırlanması;
İxtisasartırma Bakı Musiqi Akademiyasında tədris olunan bütün ixtisaslar üzrə aparılır:
- instrumental ifaçılıq:
- fortepiano;
- simli alətlər;
- nəfəs alətləri;
- zərb alətləri;
- solo oxuma
- dirijorluq
- musiqi tarixi və nəzəriyyəsi
- etnomusiqişünaslıq.
Dərslər müraciət edən şəxsin razılığı ilə əyani və ya distant (məsafədən) olaraq 2 formada həyata keçirilir. Təhsil ödənişlidir. Müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud şəxsin özü tərəfindən qarşılanır. 72 saat ixtisasartrma proqramının təhsil müddəti iki həftəlik (qısamüddətli), üç və altı ay təşkil edir. Bu halda təhsil üçün ödənişin miqdarı müvafiq qaydalara uyğun müəyyənləşdirilir. Proqrama ixtisas fənni üzrə daxil olan dərslərin həcmi ayda 8 akademik saatdan az olmamalıdır.
İxtisasartırmanın müddəti |
Akademik saat |
|
2 həftə, 1 ay və 3 ay |
36 saat, 72 saat |
İxtisasartırma ildə 2 çağırış- tədris ilinin I və II semestrlərdə nəzərdə tutulur. Hüquqi şəxs və ali məktəb arasında müqavilə bağlanır. Kursun keçirilməsi barəsində imzalanan müqaviləyə əsasən seçilmiş müddətə görə təhsil haqqı ödənilir. Təhsil haqqı fərdi və ya qrup dəsrlərindən asılı olaraq dəyişir. Ödəniş Ü.Hacıbəyli ad. BMA-nın bank hesabına Kapital bank vasitəsi ilə həyata keçirilir.
Hesabın rekvizitləri:
Valyuta: AZN
Benefisiarın Bankı: Kapitalbank Bakı şəhər filial
Benefisiarın adı: BAKI MUSİQİ AKADEMİYASI
Benefisiarın hesabı: AZ82AIIB38060019440137824102
Benefisiarın VÖEN: 1400299531
Pedaqoji kadrların ixtisasartırma və təkmilləşdirilməsi Ü.Hacıbəyli ad. Bakı Musiqi Akademiyasında fəaliyyət göstərən müvafiq strukturlarda- “Əlavə təhsil” şöbəsi və kafedralarda, ayrı-ayrı ixtisaslar üzrə müvafiq proqramlar əsasında aparılır. Dərslər fərdi və qrup şəklində təşkil olunur.
Distant təhsil şəraitində ərizə və sənədlər elektron poçt vasitəsilə qəbul olunur. Təşkil olunan distant dərslər onlayn rejimdə- Microsoft Teams proqramında BMA-nın müəllim-lektorlar tərəfindən keçirilir.
İxtisasartırma üçün tələb olunan sənədlər:
- Müəsisə rəhbərinin adına ərizə;
- Şəxsiyyət vəsiqəsinin sürəti;
- Ali və orta ixtisas təhsili haqqında sənədin (diplom və ona əlavənin) notarial qaydada təstiq olunmuş sürəti.
İxtisasartırma təhsilini başa vuran və lazımi tələbləri yerinə yetirən şəxsə (dinləyiciyə) təhsil proqramlarının mənimsənilməsi əsasında müvafiq sənəd- Sertifikat verilir.
Əlaqə nömrəsi: +994 556706848
Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Ünvan: AZ1014, Bakı şəhəri, Ş.Bədəlbəyli küç. 98