• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 mart 2025-ci il 

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Musiqi Müəllimliyi Şöbəsinin Tələbələrinin Konserti keçirildi

    10 mart 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Metodika və Xüsusi Pedaqoji Hazırlıq" kafedrası ilə "Musiqi müəllimliyi" şöbəsinin tələbələrinin konserti baş tutdu. Tədbirdə gənc musiqiçilər öz ifaları ilə tamaşaçıları valeh edərək, peşəkar ifaçılıq bacarıqlarını nümayiş etdirdilər.

    Konsert proqramında müxtəlif janrlara aid əsərlər səsləndi. Tələbələr arasında Nilüfər Ağayeva, Şəfiqə Şirinli, Mələk Mirzəzadə, Leyla Məmmədova, Sevinc Xanəliyeva, Lalə Namazova, Laləzar Hacıyeva, Fatimə Əlizadə, Lamiyə Əliyeva, Züleyxa Babazadə, Səbinə İsmayılova, Sara Ağazadə və digər ifaçılar çıxış etdilər. Proqramda həm instrumental, həm də vokal nömrələr yer aldı.

    Xüsusilə, F. Əmirovun "Lirik rəqs", S. Raxmaninovun Prelüd g-moll, T. Quliyevin "Qızlar günəş altında" kinofilmindən "Qızların xoru" və A. Dadaşovun "Qızıl dan" kimi əsərləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Tədbirdə skripka trio və vokal ansamblları da çıxış edərək, konsertə rəngarənglik qatdılar.

    Tələbələrin hazırlığında böyük əməyi olan Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti – dos. N.Əlizadə, dos. A.Rzayeva, dos. M.Tuayeva, dos. H. Yusifova, dos. N. Hüseynova, dos. S. Sultanova və baş müəllim N. Qulamova tələbələrə dəyərli tövsiyələr verərək onların musiqi sahəsində inkişafına dəstək oldular.

    Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı və tələbələrin peşəkar ifaçılıq səviyyəsinin yüksəldiyini bir daha sübut etdi. Bakı Musiqi Akademiyası gənc musiqiçilərin yetişdirilməsi və onların ifaçılıq bacarıqlarının təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.