• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Ü.Hacıbəylinin virtual muzeyi

    Səhnənin tərbiyəvi əhəmiyyəti haqqinda 1

    Publisistlərimizin bir çoxu teatr tamaşalarının tərbiyəvi əhəmiyyətindən danışarkən ancaq dramları, yəni mahnısız və musiqisiz səhnə əsərlərini nəzərdə tuturlar; gənc publisist Əsəd Məmmədov-Əhliyev müsəlman artistləri peşəkar ittifaqının yaradılmasını («Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin Xəbərləri»nin 241-ci nömrəsinin səhifələrində) alqışlayaraq, ittifaqa «ancaq Melpomena məbədini ucaltmağı», yəni ancaq dram əsərlərini tamaşaya qoymağı məsləhət görür, çünki musiqi əsərləri, vətəndaş Əhliyevin dediyinə görə, «səhnə sənətinin tərbiyəvi əhəmiyyəti ola biləcək ikinci, hətta üçüncü dərəcəli məhsuludur».

    Ardını oxu...

     

    Opera və dramin tərbiyəvi əhəmiyəti haqqinda

    CAVAB ƏVƏZİNƏ 1 

    I

    Musiqili dram və xalis dram tamaşalarının tərbiyəvi əhəmiyyəti haqqında vətəndaş Məmmədov-Əhliyevin qaldırdığı məsələ barəsində qəzetdə söhbət açmağı ona təklif edərkən ümid edirdim ki, bizim mübahisəli söhbətimiz tamamilə obyektiv xarakter daşıyacaq, bu və ya başqa teatr sənətinin xalqımız üçün tərbiyəvi əhəmiyyətini aydınlaşdırmaq kimi ağıllı bir məqsəd güdəcək və elmi-məntiqi müddəalara əsaslanacaqdır.

    Ardını oxu...

     

    Vəzifəyi-musiqqiyyəmizə aid məsələlər 1

    Azərbaycanda vəzifəyi-musiqi icrasını boyunlarına almış olan adamlar və idarələr qarşısında bir neçə məsələlər vardır ki, onun həlli üçün ən müsaid bir zaman varsa, o da yaşadığımız bu zamandır.
    O müsaidət nədən ibarətdir?

    Əvvəla, bu var ki, şərq sənaye-nəfisəsinin ən qəddar düşmənləri olan dini təəssüb, cahilanə və siyasi məmaniətlər böyük inqilabın şədid zərbələri altında məhv olub getdi və saniyən sənət, baxüsus musiqi sənəti haqqında mövcud olan köhnə, çürük və alçaq əqidələr pozulub əvəzində yeni, tərəqqipərvər və inqilabçı fikirlər birləşdi.

    Ardını oxu...

     

    Aşiq sənəti1

    Azərbaycan SSR Xalq Maarif Komissarlığı aşıqların qurultayını çağırmaqla ictimaiyyətin diqqətini xalq musiqisini və xalq eposunu yayanların elə bir dəstəsinə cəlb edir ki, həmin dəstə zəhmətkeş kəndli kütlələrinə hamıdan yaxın olduğu halda, hamıdan az qayğı görür və kölgədə qalaraq öz ictimai peşəkarlıq simasını göstərə bilmir. Bu, aşıqların qeyri-mütəşəkkilliyi və öz ictimai peşə hüquqlarını başa düşmək işində sazəndələrə və zurnaçılara nisbətən geri qalmaları ilə izah olunur.

    Ardını oxu...

     

    Azərbaycan türk xalq musiqisi haqqinda1

    I. GİRİŞ

    Azərbaycan türk xalq musiqisi ümumiyyətlə Şərq musiqisinə daxildir, lakin Şərqdə bir neçə musiqi sistemi, məsələn, çin, hind, ərəb-fars musiqi sistemləri vardır; bunlar təkcə müasir Avropa sistemindən deyil, həm də bir-birindən fərqlənir. Bəs, Azərbaycan xalq musiqisi həmin sistemlərin hansına əsaslanmışdır?

    Ardını oxu...

     

    İlk azərbaycan xalq xoru1

    SSRİ xalqlarının milli mədəniyyətinin ciçəklənməsinə səbəb olan Böyuk Oktyabr inqilabı Azərbaycan incəsənətini elə bir səviyyəyə qaldırmışdır ki, bunu inqilabdan əvvəlki illərdə ağla belə gətirmək olmazdı. Azərbaycanın formaca milli və məzmunca sosialist incəsənətinin bu çoşğun tərəqqisi ölkəmizin məhsuldar və mədəni qüvvələrinin inkişafı, geniş zəhmətkeş kütlələrinin güzəranının yaxşılaşması ilə sıx əlaqədar olmuşdur.

    Ardını oxu...

     

    «Leyli və Məcnun»dan «Koroğlu»ya qədər1

    Respublikamızın opera teatrı və filarmoniyası Azərbaycan incəsənəti dekadasında milli musiqi yaradıcılığı və ifaçılığının ən yaxşı nümunələrini göstərməyə hazırlaşır. Bizim hamımızı—bəstəkarları, musiqişiləri, rejissorları və artistləri ümumi bir məqsəd, vahid bir arzu—Azərbaycanın musiqi sənətini əsil və ən parlaq formalarda əks etdirmək arzusu ruhlandırır.

    Ardını oxu...

     

    Azərbaycanin musiqi mədəniyyəti1

    Azərbaycan incəsənəti dekadasi qarşısında 

    Aşıqlar Azərbaycanda incəsənətin yeni, sosialist mündərəcəsini ən tez duyub mənimsəyən və bunu öz gözəl, orijinal mahnılarında ustalıqla əks etdirən musiqiçilər olmuşlar.

    Aşıqlar kütlə tərəfindən ən çox sevilən əsil xalq müğənniləridir. Onlar həyatın yeni, inqilabi məzmununu böyük həvəslə mənimsəyir, ona xalq üçün doğma olan bədii forma verirlər.

    Ardını oxu...

     

    «Arşin mal alan» haqqinda qeydlərimi1

    «Arşın mal alan» 1914-cü ildə2 Peterburq konservatoriyasında oxuduğum zaman yazılmışdır. Bu əsər, revolyusiyadan qabaq yazılan sonuncu əsərimdir. Onun süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır. «Arşın mal alan» yazılıb qurtardıqdan sonra mən çar senzurasından əsərin çap edilməsi və oynanılması üçün icazə almağa çox vaxt sərf etdim, çox əziyyətlər çəkdim.

    Ardını oxu...