Image Slider 2
Image Slider 1
Bakı Musiqi Akademiyası
Image Slider 3
4.jpg
5.jpg
6.jpg
previous arrowprevious arrow
next arrownext arrow
Shadow

 

Tarix və müasirlik

 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamları


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

AZƏRBAYCANIN REGİONLARI ÜÇÜN MƏKTƏB-STUDİYANIN 2021-2022-ci TƏDRİS İLİNDƏ PULSUZ ONLAYN USTAD DƏRSLƏRİ


Cari ildə ikinci ixtisas olaraq, əlavə təhsil almaq istəyənlər qeyd olunan elektron ünvandan qeydiyyatdan keçə bilərlər!

Elan!

Müəllim və tələbələrin nəzərinə!


ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASINA MƏKTƏBƏQƏDƏR VƏ KİÇİK YAŞLI MƏKTƏBLİ UŞAQLARIN QƏBULU ÜÇÜN ÖDƏNİŞSİZ HAZIRLIQ KURSLARI TƏŞKİL EDİR

БАКИНСКАЯ МУЗЫКАЛЬНАЯ АКАДЕМИЯ ОРГАНИЗУЕТ БЕСПЛАТНЫЕ ПОДГОТОВИТЕЛЬНЫЕ КУРСЫ ДЛЯ ДЕТЕЙ ДОШКОЛЬНОГО И МЛАДШЕГО ШКОЛЬНОГО ВОЗРАСТА ДЛЯ ПОСТУПЛЕНИЯ В СРЕДНЮЮ СПЕЦИАЛЬНУЮ МУЗЫКАЛЬНУЮ ШКОЛУ-СТУДИЮ


Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.

İxtisas imtahanının proqram tələbləri


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir

2024-cü il 7-8 may tarixində Ü.Hacıbəyli adına BMA-ı Ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş “İSLAM DÜNYASININ MƏDƏNİ İRSİNİN QORUNMASI” mövzusunda SABAH qrupları, bakalavr və magistr tələbələrin Beynəlxalq elmi-praktiki konfransını keçirir.


QARA QARAYEV adına VI RESPUBLİKA ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ

ABİTURİYENTLƏRİN VƏ YUXARI SİNİF (V,VI,VII,VIII,IX,X) ŞAGİRDLƏRİNİN NƏZƏRİNƏ!


Elm və Təhsil Nazirliyinin SABAH (bakalavriat) qruplarında 2023/2024–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!

29 dekabr 2023-cü il tarixindən etibarən beş həftə olmaqla, 2023-2024-cü il tədris ilinin payız semestr imtahan sessiyası təşkil olunur.


Sevinc Məzahir qızı Quliyevanın “Azərbaycan bəstəkarlarının fortepiano yaradıcılığında milli üslub xüsusiyyətləri (aşıq musiqisi əsasında)” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

Leyla Təhməz qızı Zalıyevanın “Azərbaycan bəstəkarlarının opera əsərlərində xormeyster iş üslubu və xor səhnələrinin həlli yolları” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi


Azad Əliyevin əziz xatirəsinə həsr olunmuş konsert
17 aprel 2024-cü il
Saat:13:00 Böyük zalı

Qarabağın dirçəlişi – ekolayihələr

Müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri iştirak edəcəklər.


BMA-sı “Musiqi nəzəriyyəsi” kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnara Dadaşovanın 16 aprel 2024-cü il tarixində “Polifoniya” fənni üzrə Açıq dərsi
Saat:15:00, Otaq №215


BMA-sı “Musiqi nəzəriyyəsi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona Inyakinanın 17 aprel 2024-cü il tarixində “Harmoniya” fənni üzrə AÇIQ DƏRSİ
Saat: 15:00, Otaq № 413


18 aprel saat 16.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında İcbari Tibbi Sığorta üzrə BMA-nın professor, müəllim və tələbə heyəti ilə maarifləndirici seminar-təlim keçiriləcək. Hörmətli müəllimlər! Siz sağlamlığınızı qorumaq üçün faydalı məlumatlar əldə edə bilərsiniz.


25 noyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi üçün elektron müraciətlərin qəbuluna başlanılmışdır.


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və "Mədəniyyət" kanalında təcrübə keçmək istəyən tələbələrin Bakı Musiqi Akademiyasının Tələbələrlə iş üzrə şöbəsinin mütəxəssisi İlahə Allahverdiyevaya müraciət etmələri xahiş olunur!


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

13 yanvar  2023-cü il

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 2019-cu ildən etibarən British Council’ın təşkilatçılığı ilə həyata keçirilən  Creative Spark layihəsi uğurla tamamlanmışdır.

Layihənin tərəfdaş tədris ocaqlarından olan Bakı Musiqi Akademiyasında layihə çərçivəsində böyük işlər görülmüşdür: yerli və xarici peşəkarların iştirakı ilə müxtəlif təlimlər, seminarlar, görüşlər, tələbələr arasında maraqlı yarışlar keçirilmiş və səfərlər  təşkil olunmuşdur.

Qeyd edək ki, Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı "Creative Spark" Birləşmiş Krallığın dəstəyilə Mərkəzi Asiya ölkələrində (Qazaxıstan, Özbəkistan, Qırğızıstan), Cənubi Qafqaz ölkələrində (Azərbaycan, Gürcüstan, Ermənistan) və Ukraynada (ümumilikdə yeddi ölkədə) biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beş illik təşəbbüsdür.

Belə ki, Azərbaycanın bütün tərəfdaş universitetlərində olduğu kimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 13 yanvar 2023-cü il tarixində Bakı Biznes Mərkəzində  Creative Spark layihəsi üzrə yekun-bağlanış tədbiri keçirildi.

Azərbaycanın tərəfdaş ali təhsil ocaqlarının əməkdaşlarının, BMA-nın tələbələrinin iştirak etdiyi tədbir Beynəlxalq müsabiqələr laureatlarından ibarət kvartetin əsrarəngiz ifası ilə başladı.

 Sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor, Xalq artisti, tanınmış pianoçu Yeganə Axundova BMA-nın rəhbərliyinin salamlarını qonaqlara çatdıraraq, tədbiri açıq elan etdi. O, çıxışında Bakı Musiqi Akademiyasında beynəlxalq əlaqələr, əməkdaşlıqlar, keçirilən və davam etməkdə olan beynəlxalq layihələr haqqında ümumi məlumat verdi. Həmçinin, Creative Spark layihəsinin 4 illik mahiyyətindən, onun  BMA-dakı əhəmiyyətindən, eləcə də Azərbaycandakı təhsil sisteminə verdiyi töfhədən bəhs etdi.

Ardınca Creative Spark layihənin Bakı Musiqi Akademiyası üzrə koordinatoru Nurlan Əhmədov  tərəfindən  bu müddət ərzində layihə çərçivəsində keçirilən tədbirlərin video-çarx şəklində hesabatı verildi və son olaraq layihənin Azərbaycan üzrə bütün universitetlərinin nümayəndələrinin iştirakı ilə İngiltərədə keçirilən  hesabat səfərinin təəssüratlarından bəhs olundu.

BMA-nın təqdimatından sonra, qonaq qismində dəvət olunmuş İqtisadiyyat Universitetinin əməkdaşı Gültac Tahirli də  təqdimatla çıxış etdi.

Sonda layihənin əhəmiyyəti və davamlılığı haqqında önəmli məsələlər müzakirə olundu. 

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı