• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    “BAROKKO USTADLARI – 340” I RESPUBLİKA MÜSABİQƏSİ

    İŞTİRAKÇININ ƏRİZƏ-ANKETİ

    “Təsdiq edirəm”

    Ü.Hacıbəyli adına

    Bakı Musiqi Akademiyasının

    rektoru, professor

    Fərhad BƏDƏLBƏYLİ

    05 iyun 2025- ci il

     

     

     

    Georq Hendel, İohann Sebastyan Bax, Domeniko Skarlattinin anadan olmalarının 340 illiyinə həsr olunur

     

    “BAROKKO USTADLARI – 340”

    I RESPUBLİKA MÜSABİQƏSİ

     

    Təsisçilər:

    Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası

    BMA-nın İxtisas musiqi məktəb-studiyası

      

    ƏSASNAMƏ

     

    “Barokko ustadları – 340” müsabiqəsi barokko dövrünün öncül bəstəkarları – Georq Hendel, İohann Sebastyan Bax və Domeniko Skarlattinin anadan olmalarının 340 illik yubileyi münasibətilə keçirilir.

     

    Müsabiqənin məqsədi – Qərb incəsənətində XVII–XVIII əsrlərdə hökm sürmüş barokko üslubunun estetik dəyərlərinin çağdaş dövr ifaçılıq sənətində təzahürü və istedadlı musiqiçilərin aşkara çıxarılmasıdır. G.Hendel, İ.Bax, D.Skarlattinin qələmə aldığı əsərlərin gənc ifaçıların repertuarına daxil edilməsi çoxəsrlik tarixə malik barokko musiqisi irsinin yalnız estetik və texniki aspektlərdən deyil, həm də mədəni və tarixi dəyərlər baxımından da təbliğinə xidmət edir. Eyni zamanda, müsabiqə yetişməkdə olan gənc nəslin musiqi tarixinin barokko dövrünü daha dərindən anlamağa və bu ənənələri çağdaş ifaçılıq kontekstində təqdim etməyə imkan verir.

      

    MÜSABİQƏNİN ŞƏRTLƏRİ

     

    1. Müsabiqə 3 yaş qrupu üzrə 2 mərhələdə (I mərhələ – seçim mərhələsi) aşağıda qeyd olunan nominasiyalar üzrə keçirilir:

     

    • Fortepiano
    • Simli alətlər
    • Nəfəs və zərb alətləri
    • Vokal

    2. I mərhələ (seçim mərhələsi) videoçəkiliş əsasında keçiriləcək. Videoçəkiliş “YouTube” saytına yerləşdirilməli və linki sənədlərlə birgə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərilməlidir. İfanın videoçəkilişi əsərin əvvəlindən sonuna qədər montajsız, arası kəsilmədən və dayanmadan aparılmalıdır. İfa zamanı nominasiyadan asılı olaraq ifaçının siması, əlləri, musiqi aləti, hərəkətləri aydın görünməlidir.

     

    II mərhələdə münsiflər heyətinin qərarı ilə bütün nominasiyalar üzrə hər yaş qrupunda maksimum 30 nəfər iştirak edə bilər.

     

    3. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir. Qaliblər “Barokko ustadları – 340” I Respublika müsabiqəsinin laureatı adına layiq görülür. Diplom alan şəxslərə isə “Barokko ustadları – 340” I Respublika müsabiqəsinin diplomantı adı verilir.

    4. Müsabiqə iştirakçılarını öz konsertmeysterləri müşayiət etməlidir.

    5. İştirakçıların müəllimləri və onları müşayiət edən konsertmeysterlərin müsabiqədə iştirakı ilə bağlı təşkilati məsələlərin həlli və ezamiyyə xərcləri öz vəsaitləri hesabına həyata keçirilir.

    6. Münsiflər heyətinin qərarı həlledicidir: şikayət edilə və təkrar müzakirə oluna bilməz.

      

    Qeyd: II mərhələdə iştirak etmək hüququ qazanmayan və II mərhələyə keçib qalib olmayan iştirakçılara heç bir sənəd verilmir.

     

    MÜSABİQƏNİN PROQRAMI

     

    FORTEPİANO NOMİNASİYASI

     

    Proqrama Georq Hendel, İohann Sebastyan Bax və Domeniko Skarlattinin yaradıcılığına aid 3 əsər daxil olunmalıdır (hər bəstəkardan 1 əsər).

     

     

    SİMLİ ALƏTLƏR

     

    Proqrama 3 əsər daxil olunmalıdır: G.Hendel və İ.Baxın yaradıcılığına dair əsərlərin seçilməsi arzuolunandır. Barokko dövrü bəstəkarlarının yaradıcılığına aid 3-cü əsərin seçimi sərbəstdir.

     

     

    NƏFƏS VƏ ZƏRB ALƏTLƏRİ

     

    Proqrama 3 əsər daxil olunmalıdır: G.Hendel və İ.Baxın yaradıcılığına aid əsərlərin seçilməsi zəruridir. Barokko dövrü bəstəkarlarının yaradıcılığına aid 3-cü əsərin seçimi sərbəstdir.

     

    VOKAL

     

    Proqrama 3 əsər daxil olunmalıdır: G.Hendel və İ.Baxın yaradıcılığına dair əsərlərin seçilməsi arzuolunandır. Barokko dövrü bəstəkarlarının yaradıcılığına aid 3-cü əsərin seçimi sərbəstdir.

     

    MÜSABİQƏNİN YAŞ QRUPU

     

    I yaş qrupu – 8 – 12 yaş

    II yaş qrupu– 13 – 16 yaş

    III yaş qrupu – 17 yaş və yuxarı

     

    MÜSABİQƏYƏ TƏQDİM OLUNACAQ

    SƏNƏDLƏR

     1. Müsabiqə iştirakçılarının ərizə-anketi (əlavə).

     2. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti.

     3. İştirakçının təhsil aldığı müəssisənin arayışı.

     4. Fotoşəkil.

     5. “YouTube” saytına yerləşdirilmiş videoyazıların linki (ərizə-anket formasına yerləşdirilməlidir).

     

    Qeydlər:

     – Hər bir iştirakçının sənədləri tək-tək göndərilməli və elektron poçtun mövzu bölməsinə iştirakçının soyadı, adı, ata adı, yaşı və məktəbi qeyd olunmalıdır.

     – Göndərilən sənədlər tam, düzgün, iştirakçının yaşına və müsabiqənin tələblərinə uyğun olmazsa, iştirakçı müsabiqəyə buraxılmayacaq.

     – II mərhələdə iştirak etmək hüququ qazanmış iştirakçılar 35 manat məbləğində ödəniş etməlidirlər.

     

    ƏRİZƏ VERMƏNİN QAYDASI

     

    Müsabiqədə iştirak etmək istəyənlər 2025-ci il noyabr ayının 15-nə qədər (qeyri-iş günlərində sənəd qəbul edilmir) yuxarıda qeyd olunan sənədləri Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərməlidirlər.

     

    MÜSABİQƏNİN TARİXİ:

     

    16 – 25 noyabr (I mərhələ), 8 – 17 dekabr (II mərhələ)

     

    SƏNƏD QƏBULU: 15 noyabr 2025-ci il tarixinə qədər

    (qeyri-iş günlərində sənəd qəbul edilmir)

    Telefon: (+99412) 493 19 17; (+99412) 598 01 94

     

    E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.