Bakı Musiqi Akademiyası
previous arrowprevious arrow
next arrownext arrow
Shadow
Slider

 

Tarix və müasirlik

 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamları


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

AZƏRBAYCANIN REGİONLARI ÜÇÜN MƏKTƏB-STUDİYANIN 2021-2022-ci TƏDRİS İLİNDƏ PULSUZ ONLAYN USTAD DƏRSLƏRİ


Azərbaycan İslam İnkişaf Bankı 2021-2022-ci illər üzrə Təqaüd Proqramı elan etmişdir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası müəllim və tələbə heyətinin nəzərinə

ELAN


ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASINA MƏKTƏBƏQƏDƏR VƏ KİÇİK YAŞLI MƏKTƏBLİ UŞAQLARIN QƏBULU ÜÇÜN ÖDƏNİŞSİZ HAZIRLIQ KURSLARI TƏŞKİL EDİR

БАКИНСКАЯ МУЗЫКАЛЬНАЯ АКАДЕМИЯ ОРГАНИЗУЕТ БЕСПЛАТНЫЕ ПОДГОТОВИТЕЛЬНЫЕ КУРСЫ ДЛЯ ДЕТЕЙ ДОШКОЛЬНОГО И МЛАДШЕГО ШКОЛЬНОГО ВОЗРАСТА ДЛЯ ПОСТУПЛЕНИЯ В СРЕДНЮЮ СПЕЦИАЛЬНУЮ МУЗЫКАЛЬНУЮ ШКОЛУ-СТУДИЮ


Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.

İxtisas imtahanının proqram tələbləri


Ceyhun Allahverdiyevin illik yubileyinə həsr olunmuş konsert
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

7 oktyabr 2022-ci il
Saat:19:00

Elan!

Müəllim və tələbələrin nəzərinə!


2022/2023-cü tədris ili üzrə SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə qəbulu açıq elan olunur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Gənc pianoçular arasında “Fikrət Əmirov 100” Respublika müsabiqəsi


Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsi “Vətən savaşında tarixi zəfər” mövzusuna həsr olunmuş sərbəst yazı işi müsabiqəsi elan edir!

XI Международная научно-практическая конференция «ИСКУССТВО И ХУДОЖЕСТВЕННОЕ ОБРАЗОВАНИЕ В КОНТЕКСТЕ МЕЖКУЛЬТУРНОГО ВЗАИМОДЕЙСТВИЯ»
21 октября 2022 г.


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir

"Klassik fortepiano sonata və romansların simfonik orkestr üçün orkestrləşdirmə" RESPUBLİKA MÜSABİQƏSİ


Bakı Musiqi Akademiyası, Erasmus Beynəlxalq mübadilə proqramı 2022-2023 tədris ili üzrə qəbula start verir.

ABİTURİYENTLƏRİN VƏ YUXARI SİNİF (V,VI,VII,VIII,IX,X) ŞAGİRDLƏRİNİN NƏZƏRİNƏ!


Bakı Musiqi Akademiyasının bakalavr ixtisaslarına qəbul edilənlər 02 sentyabrdan 12 sentyabr 2022-ci il tarixə qədər Təhsil Nazirliyinin portal.edu.az saytında qeydiyyatdan keçmək üçün tələb olunan sənədləri skan edib yerləşdirməlidir.

Международная студенческая научно-практическая конференция «МУЗЫКАЛЬНЫЙ ФОЛЬКЛОР В ИССЛЕДОВАНИЯХ МОЛОДЫХ УЧЕНЫХ»
18–20 октября 2022 г.


13 Oktyabr saat 13.00-da Ü.Hacıbəyli ad. BMA-nın Kiçik Zalında Gürcüstan Respublikasının görkəmli pianoçusu, Unesco-nun Sülh Artisti Eliso Bolkvadzenin BMA-nın tələbələri ilə ustadlıq dərsi keçiriləcəkdir. BMA-nın professor, müəllim və tələbə heyyəti dəvət olunur.


Aynurə Rəsul qızı Abuşovanın “Çahargah” muğamının ifaçılıq variantlarının tədqiqi məsələləri” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi


Lalə Daud qızı Hüseynlinin “Azərbaycan baletinin inkişafında lirik obraz” («Лирический образ в развитии Азербайджанского балета») mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi


Pərvin Abbas qızı Rüstəmovanın “Azərbaycan bəstəkarlarının fortepiano konsertlərinin zaman paradiqması və üslub xüsusiyyətləri (XXI əsr)” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi


Elmira Namiq qızı Hümbətovanın “Bəstəkar Oqtay Rəcəbovun kamera-vokal və instrumental musiqisi” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi


25 noyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi üçün elektron müraciətlərin qəbuluna başlanılmışdır.


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

14 iyul 2022-ci il

Bakı Musiqi Akademiyasında məzunların bayram gecəsi keçirilib

14 iyul 2022-ci il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük Zalında buraxılış mərasimi və rəngarəng konserti özündə birləşdirən BMA-nın məzunlarının təntənəli bayramı keçirilib. Bu yaxınlarda 100 illik yubileyini qeyd edən BMA-nın gözəl ənənəsi var. Məzun günü diplomla təltif olunanlar sırasından akademiyanın ən yaxşı tələbələrinin bayram konserti ilə qeyd olunur. Bu il də istisna deyildi.

Görkəmli pianoçu, BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli məzunlar qarşısında vida nitqi söyləyib. Şərqdə ilk ali musiqi təhsili ocağı olan BMA bu gün də öz şanlı ənənələrini qoruyub saxlayır, dünya reytinqində ən yaxşı musiqi universitetlərindən biridir. Gənc istedadları bu əlamətdar hadisə münasibətilə təbrik edən rektor onlara doğma akademiyanın və ölkəmizin şöhrəti naminə bundan sonra da yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan Respublikasının Xalq Artisti, BMA-nın Beynəlxalq əlaqələr, Sosial Məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova. BMA-nın yaranması və əsas inkişaf mərhələlərindən, uğurlarından, Azərbaycan mədəniyyətini və incəsənətini tərənnüm edən böyük adlardan, şəxsiyyətlərdən danışıb.

Məzunlar adından bu il BMA-nın “Musiqişünaslıq” ixtisası üzrə magistr pilləsini bitirmiş Nəzrin Abbasova çıxış etdi.

Bayram tədbiri Akademiyanın 2022-ci il məzunları arasından ən parlaq və istedadlı ifaçıların çıxış etdiyi konsertlə davam edib. Konsert zamanı tamaşaçılar Françesko Morlakkinin “Il Pastore Svizzero”, Klara Şumanın “Scherzo”, İohann Sebastyan Baxın “Badineire”, Ernesto de Kurtisin “Non ti scordar di me”, Cahangir Cahangirovun “Aylı gecələr”, Sergey Raxmaninovun Etüd No. 6 es-moll op.33, Telman Hacıyevin “Tələbə mahnısı”, həmçinin BMA-nın məzunu Sara Dilrubanın müəllifi olduğu “Şüştəri” rəqsi kimi əsərlərindən zövq ala biliblər. Rəngarəng musiqi proqramı BMA-nın məzunları, beynəlxalq müsabiqələr laureatları, onların bir çoxu Prezident təqaüdçüləri Kamran Talıblı, Maqsud Musazadə, İlahə Məmmədova, Lalə İbrahimova, Sara Dilruba, Sübxan Rüstəmov, Elxan Niftiyevin BMA-nın baş müəllimi Dmitri Babayevin rəhbərliyi ilə “Sabah” qrupunun xor kollektivi, o cümlədən müxtəlif vaxtlarda Akademiyasında təhsil almış Beynəlxalq Müsabiqələr Laureatları, Prezident təqaüdçüləri Vurğun Vəkilov və Tofiq Şıxiyevin ifasında təqdim olunub.

Tədbir təntənəli buraxılış mərasimi ilə davam edib. Məzunlar akademiyanın rəhbərliyinin və sevimli müəllimlərinin - BMA-nın rektoru F.Bədəlbəyli, BMA-nın tədris işləri üzrə prorektoru, əməkdar müəllim, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, BMA-nın elmlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru, professor Gülnaz Abdullazadə, BMA-nın Fortepiano fakültəsinin dekanı, əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nəzakət Rimazi, BMA-nın Tarix-nəzəriyyə fakültəsinin dekanı, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova, BMA-nın İfaçılıq fakültəsinin dekanı, Əməkdar incəsənət xadimi, Professor Nəzmiyyə Abbaszadə əlindən çoxdan gözlənilən sənədi ala biliblər. Ənənəyə görə, BMA-nın məzunlarına diplomlarla yanaşı, Azərbaycan musiqi sənətinin korifeyi Fərhad Bədəlbəylinin şəxsi imzası ilə vida sözləri təqdim olunur.

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı