
4 mart 2020-ci il
5-20 sentyabr 2020-ci il tarixində Gürcüstanda təntənəli “Tsinandali” festivalı keçiriləcəkdir. Festivalın əsas istiqaməti dirijor Jinandrea Nozedanın rəhbərliyi ilə Pan-Qafqaz Gənclər Simfonik Orkestrinin formalaşdırılmasıdır.
5-20 sentyabr 2020-ci il tarixində Gürcüstanda təntənəli “Tsinandali” festivalı keçiriləcəkdir. Festivalın əsas istiqaməti dirijor Jinandrea Nozedanın rəhbərliyi ilə Pan-Qafqaz Gənclər Simfonik Orkestrinin formalaşdırılmasıdır.
2020-ci il fevralın ayının 17-24 tarixlərində keçirilən gənc ifaçıların “World harmony” III Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinin bağlanış konserti Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında uğurla başa çatdı.
2020-ci il 17 fevral tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında gənc ifaçıların “World harmony” III Beynəlxalq klassik və folklor musiqisi müsabiqəsinin təntənəli açılışı oldu.
17-24 fevral2020-ci il
2020-ci il 17-24 fevral tarixlərində Gürcüstanda keçirilən “Worla Harmony” III Beynəlxalq müsabiqəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma” fakültəsinin tələbəsi Sübhan Rüstəmov Diplomla təltif olunmuşdur.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Nəfəs və zərb alətləri” kafedrasının III kurs tələbəsi Bağırzadə Səid 2020-ci il “2 Fevral – Gənclər günü” münasibətilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2019-cu il ərzində müxtəlif müsabiqə və festivallarda qazandığı uğurlara görə Fəxri Fərmanla təltif olunmuşdur.
2020-ci il 12 yanvar tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Ümid” İncəsənət müsabiqəsi keçirildi.
10-15 dekabr 2019-cu il
Bakıda keçirilən “Future Stars” XII Beynəlxaq müsabiqəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, faqot ifaçısı Qəmbər Məmmədov III yerə layiq görülərək, diploma layiq görülmüşdür.
14 noyabr 2019-cu il tarixində Bolqarıstanın Stara Zaqora şəhərində Gənc şeypur ifaçılarının 10-cu beynəlxalq müsabiqəsi keçirilib.
4-8 noyabr 2020-ci il
2020-ci ildə Bolqarıstanda keçirilən Truba ifaçılarının X Beynəlxalq müsabiqəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Cabir Əliyev Fəxri Fərman və Diplomla təltif olunmuşdur.
Əməkdar Artist İlham Nəzərovun “Qu quşunun nəğməsi” albomu Fransada ilin ən yaxşı təfsirçisi kateqoriyasında qalib seçildi.
Müsabiqə qalibləri üçün ustad dərsləri
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” kafedrasının professoru, Əməkdar incəsənıt xadimi Ceyhun Allahverdiyevin sinifində təhsil alan II kurs tələbəsi Nərmin Abdullayeva.
“Nəsimi romans” müsabiqə-festivalı
“Nəsimi romans” müsabiqə-festivalı
30 aprel -5 may 2019-cu il tarixlərində Gürcüstanın Tiflis şəhərində Vaja Çaçava adına Beynəlxalq Musiqi müsabiqəsi keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə Azər Dadaşov adına IV Beynəlxalq müsabiqəyə yekun vurulub.
9 aprel 2019-cu il tarixində Bakıda səkkizinci İslam Dünyası Klassik Musiqi İfaçılarının Beynəlxalq Müsabiqəsinin dinləmələri keçirilib.
2–7 aprel 2019-cu il tarixlərində klassik musiqi və folklorun geniş yayılması, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması, müxtəlif milli mədəniyyətlərin birliyini təbliğ etmək məqsədilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Gənc İfaçıların «WORLD HARMONY» Beynəlxalq Klassik və Folklor Musiqi Müsabiqəsi keçirilib.
27-31 mart 2019- cu il tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının IV kurs tələbəsi Tağızadə Mahir (bariton) Qazaxıstanın Astana şəhərində təşkil olunmuş N.Tlendiev adına Beynəlxalq “Öz elim” VI Musiqi Festivalında iştirak edərək III yerə layiq görülüb.
27-31 mart 2019-cu il tarixlərində Qazaxıstan Respublikasının Aktobe şəhərində keçirilən I Beynəlxalq yaradıcılıq “TALANTtar Aləmi” adlı yaradıclıq müsabiqədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xor-Dirijorluq” kafedrasının dosenti, Əməkdar artist Kuxmazova Yulizanna Şəfiyevna münsiflər heyəti qismində iştirak edib.
6-19 mart 2019-cu il tarixlərində Ukraynada keçirilən I Beynəlxalq “Art World” müsabiqəsində Ü.Hacıbəyli adına BMA-nın tələbə xoru (Xorun bədii rəhbəri, dirijor: Əməkdar artist Kuxmazova Yulizanna Şəfiyevna) C.Perqolezi - "Stabat Mater" ("Hüzünlü ana") əsərinin (solist: Əməkdar artist İlham Nəzərov) ifasına görə Qran-Pri mükafatına layiq görülüb.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” fakültəsinin 2 tələbəsi Bakıda keçirilən “Testene Art Baku” Beynəlxalq müsabiqəsində iştirak etmişdir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xor-dirijorluq” kafedrasının IV kurs tələbəsi Nəsirzadə Lalə (müəllim: BMA-nın Elmi katibi, Sənətşünaslıq namizədi, professor Məmmədova Leyla) Ukraynada keçirilən I Beynəlxalq “Art World” müsabiqəsində iştirak edib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xor- dirijorluğu” kafedrasın da xalq artisit, professor Cavanşir Cəfərovun sinfində təhsil alan birinci kurs tələbəsi Rafali Fatimə 06.03-19.03.2019 –cu il tarixlərində keçirilən “Caspi Art İnternational Art Competition” müsabiqəsində diijorluq üzrə iştirak edib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas məktəb-studiyasının klarnet ixtisası üzrə şagirdi Səlimov Samuil (müəllim – əməkdar artist, dosent Fikrət Məmmədov) Ukraynada keçirilən I Beynəlxalq “Art World” müsabiqəsində II yeri tutmuşdur.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Nəfəs və zərb alətləri” kafedrasının dosenti, əməkdar incəsənət xadimi Rüfət Axundzadənin tələbələri “Testene Art Baku” adlı beynəlxalq müsabiqədə iştirak ediblər.
“Solo oxuma və opera hazırlığı” kafedrasının müəllimi, Əməkdar artist İlham Nəzərovun tələbəsi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kurs tələbəsi Emil İsmayılov "Testene Art Baku" adlı beynəlxaq müsabiqədə 2-ci yerə layiq görülüb.
5 mart 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında müxtəlif fakultələrdə təhsil alan bir qurup seçilmiş tələbə BMA-nın ictimai-siyasi həyatında fəal iştirakına, mədəni-kütləvi tədbirlərin təşkilində fərqləndiyinə görə həmçinin 2 fevral “Gənclər günü” münasibətilə Fəxri Fərmanla təltif olunublar.
Azad Əliyevin 90 illik yubileyi münasibəti ilə violinoçuların I beynəlxalq müsabiqəsi
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” kafedrasının professoru, Aydın Əzimovun III kurs tələbəsi Amirian Sara Dilruba
© Copyright 2023 Bakı Musiqi Akademiyası