Image Slider 2
Image Slider 1
Bakı Musiqi Akademiyası
Image Slider 3
4.jpg
5.jpg
6.jpg
previous arrowprevious arrow
next arrownext arrow
Shadow

 

Tarix və müasirlik

 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamları


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

AZƏRBAYCANIN REGİONLARI ÜÇÜN MƏKTƏB-STUDİYANIN 2021-2022-ci TƏDRİS İLİNDƏ PULSUZ ONLAYN USTAD DƏRSLƏRİ


Cari ildə ikinci ixtisas olaraq, əlavə təhsil almaq istəyənlər qeyd olunan elektron ünvandan qeydiyyatdan keçə bilərlər!

Elan!

Müəllim və tələbələrin nəzərinə!


ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASINA MƏKTƏBƏQƏDƏR VƏ KİÇİK YAŞLI MƏKTƏBLİ UŞAQLARIN QƏBULU ÜÇÜN ÖDƏNİŞSİZ HAZIRLIQ KURSLARI TƏŞKİL EDİR

БАКИНСКАЯ МУЗЫКАЛЬНАЯ АКАДЕМИЯ ОРГАНИЗУЕТ БЕСПЛАТНЫЕ ПОДГОТОВИТЕЛЬНЫЕ КУРСЫ ДЛЯ ДЕТЕЙ ДОШКОЛЬНОГО И МЛАДШЕГО ШКОЛЬНОГО ВОЗРАСТА ДЛЯ ПОСТУПЛЕНИЯ В СРЕДНЮЮ СПЕЦИАЛЬНУЮ МУЗЫКАЛЬНУЮ ШКОЛУ-СТУДИЮ


Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.

İxtisas imtahanının proqram tələbləri


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan və Sabah qruplarının 10 illik yubileyinin çərçivəsində keşirilən “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda Tələbələrin (SABAH qrupları, bakalavr və magistr) beynəlxalq elmi-praktiki KONFRANS
14-15 may, saat: 11:00 Konfrans zalı


QARA QARAYEV adına VI RESPUBLİKA ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ

ABİTURİYENTLƏRİN VƏ YUXARI SİNİF (V,VI,VII,VIII,IX,X) ŞAGİRDLƏRİNİN NƏZƏRİNƏ!


Elm və Təhsil Nazirliyinin SABAH (bakalavriat) qruplarında 2023/2024–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!

29 dekabr 2023-cü il tarixindən etibarən beş həftə olmaqla, 2023-2024-cü il tədris ilinin payız semestr imtahan sessiyası təşkil olunur.


Qarabağın dirçəlişi - ekolayihələr

3 iyun 2023-cü il tarixində Doktorant və dissertantların fəlsəfə doktoru üzrə ixtisas fənnindən minimum imtahanı keçiriləcəkdir.


Gülmira Fəxri qızı Qəhrəmanovanın “Məmməd Quliyevin xor əsərlərinin üslub xüsusiyyətləri” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

Aynur Ehtiram qızı İsgəndərovanın “Azərbaycan bəstəkarlarının nəfəs alətləri üçün yazılmış əsərlərinin üslub xüsusiyyətləri” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi


Təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə 22 aprel-18 may 2024-cü il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Tədris olunan ixtisaslar üzrə (yuxarı sinif şagirdləri, abituriyent, ixtisasartırma, məsləhət və s.) açıq qapı və ustad dərsləri günləri keçiriləcəkdir.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş KONSERT
10 may 2024-cü il,  Saat:18:00,  Böyük zalı


25 noyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi üçün elektron müraciətlərin qəbuluna başlanılmışdır.


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və "Mədəniyyət" kanalında təcrübə keçmək istəyən tələbələrin Bakı Musiqi Akademiyasının Tələbələrlə iş üzrə şöbəsinin mütəxəssisi İlahə Allahverdiyevaya müraciət etmələri xahiş olunur!


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

30 mart 2021-ci il

Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı mövzusunda “31 Mart   Azərbaycanlıların Soyqırımı günü”nə həsr olunmuş Respublika elmi-praktiki konfrans

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının təşkilatçılığı ilə  onlayın rejimdə “31 Mart Azərbaycanlıların Soyqırımı günü”nə həsr olunmuş Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı mövzusunda Respublika elmi-praktiki konfrans keçirilmişdir.

İlk öncə 31 Mart Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla konfrans iştirakçıları tərəfindən yad edilmişdir.

Elmi-praktiki konfransın moderatoru BMA-nın  elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Nuridə İsmayılzadə konfransın əhəmiyyətini vurğulayaraq, ilk olaraq Ü.Hacıbəyli adına BMA-nın rektoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəylinin konfrans iştirakçılarına ünvanlanan videomüraciətini səsləndirdi.  Fərhad Bədəlbəyli Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı mövzusunda Respublika elmi-praktiki konfransının keçirilməsinin vacibliyini vurğulayaraq bildirdi ki, ermənilərin musiqimizə, mədəniyyətimizə qarşı apardıqları təcavuzkar siyasətlərinin kökü çox qədimlərə söykənir. Ermənilər məqsədyönlü şəkildə  daima saxtakarlığa əl ataraq, musiqimizi özünküləşdirməyə cəhd etsələr də, buna nail ola bilməmişlər, ona görəki, Azərbaycanın dəyərli musiqişünas alimləri, elm xadimləri, sənətkarları ermənilərin plagiat fəaliyyətini sübut edərək , Azərbaycan müəlliflərinin əsərlərinin və folklor nümunələrinin erməniləşdirilməsi cəhdlərinə qarşı mübarizə aparmışlar.

Ü.Hacıbəyli adına BMA-nın rektoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəylinin çıxışından sonra “Xor dirijorluq” kafedrasının baş müəllimi  Dilarə Quliyevanın rəhbərliyi altında, fortepiano fakültəsinin “Musiqi müəllimliyi” kafedrasının III kurs tələbələrinin ifasında”Laçın” xalq mahnısının  videoroliki nümayiş etdirildi.

 Konfrans iştirakçılarını salamlayaraq BMA-nın tədris işləri üzrə prorektoru, əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva,  Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı mövzusunun xüsusi aktuallığını bildirərək, mövzunun daha geniş müstəvidə müzakirə olunmasını, beynəlxaql səviyyədə araşdırılaraq dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu söylədi.

Daha sonra çıxış edən  BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, əməkdar incəsənət xadimi, professor  Gülnaz Abdullazədə konfransda təqdim olunan mövzunun bizim üçün, bir xalq olaraq ağrılı olduğunu, dönə-dönə bu mövzuya müraciət etməyimizə baxmayaraq hər dəfə yeni-yeni erməni saxtakarlığının inanılmaz faktları ilə qarşılaşdığımızı bildirdi. Ermənilərin bizim mədəni irsimizə vurduqları ziyanın dünya ictimaiyyətinə çatdırılmasının strateji məna daşıdığını diqqətə çatdıran Gülnaz Abdullazadə bildirdiki, keçirilən konfrans ermənilərin musiqimizə qarşı apardıqları işğalçı siyasətinə son qoyulmasında önəmli addımlardan olacaqdır.

Hesabat xarakterli məruzə ilə çıxış edən BMA-nın  elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Nuridə İsmayılzadə Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı mövzusunda elmi laboratoriyanın alimlərinin xüsusi əzimlə çalışdıqlarını və əldə etdikləri elmi – nəzəri sübutların geniş ictimaiyyətə çatdırılmasının önəmliyini diqqətə çatdırdı. Bu istiqamətdə xüsusilə ilk araşdırmaları ilə müxtəlif elmi seminarlar keçirən aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin və böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin tədqiqatlarını vurğulayaraq hələ gələcəkdə bir çox elmi araşdırmaların aparılacağını bildirdi.

Konfransda elmi məruzələri ilə çıxış edən: filologiya elmləri doktoru, professor, Ü.Hacıbəyli adına BMA-nın “Humanitar fənnlər” kafedrasının müdiri Tərlan Quliyev (Mirzə Bağır Əliyevin “Qanlı günlərimiz” əsəri (1918-1920) Naxçıvanda Soyqırımın tarixinin öyrənilməsinə aid bir mənbə kimi), sənətşünaslıq  elmləri doktoru, professor,  AMEA-nın  Memarlıq və İncəsənət İnstitutunun “Azərbaycan xalq musiqi tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri İradə Köçərli (Ü.Hacıbəyli irsindən ermənilərin daha bir oğurluğu), Azərbaycanın xalq artisti, professor, Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi Ramiz Quliyev (Azərbaycan musiqi alətlərinin erməni musiqiçilər tərəfindən mənimsənilməsi), sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru Fəttah Xalıqzadə (Erməni folklorunda Azərbaycan musiqisinin təsirləri), əməkdar incəsənət xadimi, professor, Ü.Hacıbəyli adına BMA-nın “Bəstəkarlıq” kafedrasının müdiri Aydın Əzimov (Mədəni əlaqələr və plagiat), sənətşünaslıq üzrə fəlsəfə doktoru,  Azərbaycan Milli Konservatoriyasının  dosenti Vəfa Xanbəyova  (Плагиат как армянская национально-культурная политика), sənətşünaslıq üzrə fəlsəfə doktoru,  Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Rauf Bəhmənli (Azərbaycan təsnifinin erməniləşmiş variantı), sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat  laboratoriyasının  aparıcı elmi işçisi Nərminə Bayraməlibəyli (”Заимствование или случайность?”), filoloq Seyran Mirzəyev (Саят Нова. Я с Хиджрой друга пробудился) - alim tədqiqatçılar olduqca maraqlı faktlar təqdim edərək erməni saxtakarlığını bir daha sübut etdilər. Çıxış edən alimlər müxtəlif aspektlərdə maraqlı faktlar, sübutlar təqdim edərək Azərbaycan xalqının mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsini ifşa etdilər. Çıxışlar arası səsləndirilən musiqi nömrələri  konfrans iştirakçıları tərəfindən  xüsusi rəğbətlə qarşılandı.

Elm və musiqi xadimlərinin, tanınmış musiqişünasların, alimlərin, o cümlədən də qonaq qismində iştirak edən: Ü.Hacıbəyli adına BMA-nın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Azərbaycan Respublikasının xalq artisti, professor Y. Axundova, BXA-nın elm və yaradıcılıq işləri üzrə  prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent E.Pənahova, “Metodika və xüsusi hazırlıq kafedrası”nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru N.Hüseynova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Z.Abdulla, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Musiqi dünyası” radiojurnalının aparıcısı, əməkdar mədəniyyət işçisi S.Şirinova,  “Xor dirijorluq” kafedrasının baş müəllimi  D. Quliyevanın və başqalarının iştirakı ilə Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı mövzusunda keçirilən Respublika elmi-praktiki konfransı yüksək elmi səviyyədə keçirilərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təqdim edilə biləcək bir sıra təkliflərin nəzərə alınması ilə yekunlaşdı.

   

Mehparə Rzayeva

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı