• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 may 2024-cü il

    10 may 2024-ci il tarixində “ Musiqi nəzəriyyəsi” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayevanın I kurs bəstəkarlıq və musiqişünaslıq fakültəsinin tələbələri ilə “ Musiqi forması” fənni üzrə  açıq dərsi keçirildi. Keçirilən mövzu ilə əlaqədar müxtəlif əsərlər dinlənilərək  təhlil edildi.

    Dərsin sonunda Ümummilli  lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü  münəsibətilə,  xatirəsi yad edildi. Dahi şəxsiyyətin  ən çox sevdiyi “Küçələrə su səpmişəm” xalq mahnısı I kurs bəstəkarlıq fakültəsinin tələbəsi  Əsədli Xəyal və musiqişünaslıq fakültəsinin tələbəsi  Tağıyeva Aysel tərəfindən ifa olundu.

    Açıq dərsdə “Musiqi nəzəriyyəsi” kafedrasının professor- müəllim heyəti iştirak etdilər.