• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Müsabiqələr

    Avqust 2020-ci il

    2020-ci ilin avqust ayında Polşada keçirilən XVI Beynəlxalq “Mədəniyyət Karvanı” müsabiqəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, truba ifaçısı İslam Əhmədbəyov I yeri qazanaraq, Diploma layiq görülmüşdür.

    Ardını oxu...

    20 iyul 2020-ci il

    20 iyul 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” kafedrasının II kurs tələbələri “TESSA MUSIC CONTEST” müsabiqəsində iştirak edərək Laureat adına layiq görülüblər – Nurcan Rzayeva - I yer, Fəridə Abdullayeva - I yer.

    Ardını oxu...

    20 iyul 2020-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  “Nəfəs və zərb alətləri” kadefrasının müəllimi, dosent, Əməkdar incəsənət xadimi Rüfər Axundzadə  “TESSA MUSIC CONTEST” müsabiqəsinə  yüksək səviyyədə tələbə hazırladığı üçün  Diplomla  təltif olunub.

    Ardını oxu...

    20 iyul 2020-ci il

    20.07.2020-30.08.2020 tarixlərində onlayn şəkildə keçirilən "Южная рапсодия" Beynəlxalq müsabiqəsində "İxtisas fortepiano" kafedrasının dosenti Kəmalə Mirbabayevanın IIl kurs tələbəsi Hüseynli Əsmər Qran pri mükafatına layiq görülmüşdür.

    Ardını oxu...

    10-15, 20 iyul 2020-ci il

    10-15 iyul 2020-ci il tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” kafedrasının II kurs tələbəsi Cəmilə Abdinzadə  I Beynəlxalq “Online Harmony” müsabiqəsində iştirak edərək (konsertmeyster ustalığı nominasiyası üzrə)  Diplomla  təltif olunub .

    Ardını oxu...

    10-15 iyul 2020-ci il

    10-15 iyul 2020-ci il tarixlərində keçirilən I Beynəlxalq “Online Harmony” müsabiqəsində Ü.Hacıbəyli adına BMA-nın “Solo oxuma və opera hazırlığı” kafedrasının I kurs tələbəsi Xasiyeva Nailə  Müşfiq qızı iştirak edərək II yerə layiq görülüb və müəllimi SSRİ-nin Xalq artisti,  professor Fidan Qasımova Diplomla təltif olunub. 

    Ardını oxu...

    10-15 iyul 2020-ci il

    10-15 iyul 2020-ci il tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” kafedrasının II kurs tələbələri I Beynəlxalq “Online Harmony” müsabiqəsində iştirak edərək, Laureat adına layiq görülüblər – Məryam Məmmədova - I yer, Cəmilə Abdinzadə - III yer.

    Ardını oxu...

    10-15 iyul 2020-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  “Simli alətlər” kadefrasının müəllimi, professor Nəzmiyyə Abbaszadənin tələbəsi 10-15 iyul 2020-ci il tarixlərində keçirilən I Beynəlxalq “Online Harmony” müsabiqəsində I yeri qazanaraq, Laureat adına layiq görülüb.

    Ardını oxu...

    29-31 may 2020-ci il

    2020-ci il 29-31 may tarixlərində Barselona şəhərində rus klassik musiqisinin “Русская альборада” adlı gənc ifaçılardan ibarət V Beynəlxalq müsabiqə keçirildi. Fortepiano nominasiyası üzrə münsif heyətinin tərkibində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə prorektoru, professor, Əməkdar müəllim, Pedaqoji elmlər namizədi Nərminə Quliyeva iştirak etmişdir.

    Ardını oxu...

    22 may 2020-ci il

    Bakı Musiqi Akademiyasının tələbələri "Creative Spark" layihəsi çərçivəsində iyun ayında keçiriləcək "Böyük İdeya Müsabiqəsi 2020" - də (Big Idea Challenge 2020) iştirak edəcəklər.

    Ardını oxu...

    30 aprel 2020-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  “Dirijorluq” kadefrasının müəllimi, professor Leyla Məmmədovanın magistr I kurs tələbəsi Əfşan Əfəndiyeva “Caspi Art Uluslararası Sanat Yarışması” müsabiqəsində I yeri qazanaraq, diplomla təltif olunmuşdur. 

    Ardını oxu...

    4 mart 2020-ci il

    5-20 sentyabr 2020-ci il tarixində Gürcüstanda təntənəli “Tsinandali” festivalı keçiriləcəkdir. Festivalın əsas istiqaməti dirijor Jinandrea Nozedanın rəhbərliyi ilə Pan-Qafqaz Gənclər Simfonik Orkestrinin formalaşdırılmasıdır.

    Ardını oxu...

    17-24 fevral  2020-ci il

    2020-ci il fevralın ayının 17-24 tarixlərində keçirilən gənc ifaçıların “World harmony” III Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinin bağlanış konserti Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında uğurla başa çatdı.

    Ardını oxu...

    17 fevral  2020-ci il

    2020-ci il 17 fevral tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında gənc ifaçıların “World harmony” III Beynəlxalq klassik və folklor musiqisi müsabiqəsinin təntənəli açılışı oldu.

    Ardını oxu...

    17-24 fevral2020-ci il

    2020-ci il 17-24 fevral tarixlərində  Gürcüstanda keçirilən “Worla Harmony” III Beynəlxalq müsabiqəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  “Solo oxuma” fakültəsinin tələbəsi Sübhan Rüstəmov Diplomla təltif olunmuşdur. 

    Ardını oxu...

    2 fevral  2020-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Nəfəs və zərb alətləri” kafedrasının III kurs tələbəsi Bağırzadə Səid 2020-ci il  “2 Fevral – Gənclər günü” münasibətilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2019-cu il ərzində müxtəlif müsabiqə və festivallarda qazandığı uğurlara görə  Fəxri Fərmanla təltif olunmuşdur. 

    Ardını oxu...

    12 yanvar  2020-ci il

    2020-ci il 12 yanvar tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Ümid” İncəsənət müsabiqəsi keçirildi.

    Ardını oxu...

    10-15 dekabr 2019-cu il

    Bakıda keçirilən “Future Stars” XII Beynəlxaq müsabiqəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, faqot ifaçısı Qəmbər Məmmədov III yerə layiq görülərək, diploma layiq görülmüşdür.

    Ardını oxu...

    14 noyabr 2019-cu il

    14 noyabr 2019-cu il tarixində Bolqarıstanın Stara Zaqora şəhərində Gənc şeypur ifaçılarının 10-cu beynəlxalq müsabiqəsi keçirilib.

    Ardını oxu...

    4-8 noyabr 2020-ci il

    2020-ci ildə Bolqarıstanda keçirilən Truba ifaçılarının X Beynəlxalq müsabiqəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Cabir Əliyev Fəxri Fərman və Diplomla təltif olunmuşdur.

    Ardını oxu...

    1 noyabr 2019-cu il

    Əməkdar Artist İlham Nəzərovun “Qu quşunun nəğməsi” albomu Fransada ilin ən yaxşı təfsirçisi kateqoriyasında qalib seçildi.

    Ardını oxu...

    22 iyun 2019-cu il

    Müsabiqə qalibləri üçün ustad dərsləri

    Ardını oxu...

    19 iyun 2019-cu il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” kafedrasının professoru, Əməkdar incəsənıt xadimi Ceyhun Allahverdiyevin sinifində təhsil alan II kurs tələbəsi Nərmin Abdullayeva.

    Ardını oxu...

    30 aprel -5 may 2019-cu il

    30 aprel -5 may 2019-cu il tarixlərində Gürcüstanın Tiflis şəhərində Vaja Çaçava adına Beynəlxalq Musiqi müsabiqəsi keçirilib.

    Ardını oxu...

    25 aprel 2019-cu il

    Azərbaycan Bəstəkarlar İttifaqının və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə Azər Dadaşov adına IV Beynəlxalq müsabiqəyə yekun vurulub.

    Ardını oxu...

    9 aprel 2019-cu il

    9 aprel 2019-cu il tarixində Bakıda səkkizinci İslam Dünyası Klassik Musiqi İfaçılarının Beynəlxalq Müsabiqəsinin dinləmələri keçirilib.

    Ardını oxu...

    2 – 7 aprel 2019-cu il

    2–7 aprel 2019-cu il tarixlərində klassik musiqi və folklorun geniş yayılması, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması, müxtəlif milli mədəniyyətlərin birliyini təbliğ etmək məqsədilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Gənc İfaçıların «WORLD HARMONY» Beynəlxalq Klassik və Folklor Musiqi Müsabiqəsi keçirilib.

    Ardını oxu...

    27-31 mart 2019-cu il

    27-31 mart 2019- cu il tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının IV kurs tələbəsi Tağızadə Mahir (bariton) Qazaxıstanın Astana şəhərində təşkil olunmuş N.Tlendiev adına Beynəlxalq “Öz elim” VI Musiqi Festivalında iştirak edərək III yerə layiq görülüb.

    Ardını oxu...