• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2021-ci il 

     2021-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin müxtəlif ölkələrdə keçirilən Beynəlxalq müsabiqə və festivallarda uğurla iştiraka görə diplom və sertifikatlara layiq görülmüşlər.

    10.03.2021- ci ildə keçirilən World Art Games İnternational Art Media Kontest müsabiqəsində Talıbova İlqarə (Professor Kəbirlinskaya Elnarənin sinfi) I yer priz qazanmışdı

    10.03.2021- ci ildə keçirilən World Art Games İnternational Art Media Kontest müsabiqəsində Məmmədova Ülkər I yer  (Professor dosent Sultanova Sevincin sinfi), Yunus Fidan (Professor Kəbirlinskaya Elnarənin sinfi) I yer priz qazanmışdı

    14.04.2021 ci ildə keçiriıən Talents Avropa beynəlxalq İncəsənət festivalında İxtisas-fortepiano kafedrasının tələbəsi Məmmədova Ülkər I yer qazanmışdı(Müəllim Züleyxa Abdulla)

    17.05.2021-30.06.2021 ci ildə Art-performans Beynəlxalq İncəsənət müsabiqəsində Rəhimə Əhmədova I yerə layiü görülmüşdü(Professor Axundova Yeganənin sinfi)

    İxtisas fortepiano kafedrasının tələbələri 28-30 may 2021-ci ildə (online) Rus klassik musiqisi VI Beynəlxalq gənclər müsabiqəsində Ağazadə Əzizə I yerə(professor Aşumova Samirənin sinfi) layiq görülmüşdü.

    28-30 may 2021-ci ildə keçirilən VI Beynəlxalq Rus Klassik musiqisi (Russkaya Alborada) adlı müsabiqədə İxtisas-fortepiano kafedrasının tələbələri Abdinzadə Cəmalə-İslamova Jalə (Professor Rimazi Nəzakətin sinfi)  fortepiano dueti  üzrə I yer qazanmışdılar.

    5.06.2021 ci ildə İtaliyanın Roma şəhərində keçirilən Primavera Romania müsabiqəsində  Bayramlı Nuray(II yer,dosent Mirzəyeva Gülnarənin sinfi) iştirak etmişdi. Müəllim diplomla təltif olunmuşdur.

    25-30 sentyabr 2021-ci ildə Kazanda keçirilən Beynəlxalq vokalistlər müsabiqəsində Bakı Musiqi Akademiyasının tələbəsi Abdinzadə Camalə  (Acalova Gülnarənin sinfi) I yerə layiq görülmüşdü.

    15.10. 2021-ci il Qazaxıstan, Nur-Sultan şəhərində  keçirilən II Beynəlxalq müxtəlif janrlı müsabiqədə "Dolce Musica" Bakı Musiqi Akademiyasının tələbəsi  Fidan Yunus  (Professor Kəbirlinskaya Elnarənin sinfi) Gran pri  I yer qazanmışdı. 

    2021-ci il Qazaxıstan, Nur-Sultanda keçirilən II Beynəlxalq müxtəlif janrlı müsabiqədə Bakı Musiqi Akademiyasının tələbəsi  Ağayeva Aliyə (Müəllim Babazadə Sevdanın sinfi) "Olimpia" I yer qazanmışdı.

    2021-ci il Qazaxıstan, Nur-Sultanda keçirilən II Beynəlxalq müxtəlif janrlı müsabiqədə Bakı Musiqi Akademiyasının tələbəsi  İlqarə Talıbova (Professor Kəbirlinskaya Elnarənin sinfi) "Olimpia" Qran Pri qazanmışdı.

    2021-ci ildə Qazaxıstanda "Astana Stars" adlı beynəlxalq festivalı çərçivəsində II Beynəlxalq vokal-instrumental musiqi müsabiqəsində Ocaqverdiyeva Səbinə qran pri qazanmışdı. (17-20 yaş kateqoriyası). Müəllim Babazadə Sevda diplomla təltif edilmişdi.

    Astana Stars Beynelxalq festivalinda  (Djordj Eneskenin 140 illiyine hesr olunmus )Ilqare Talibova(Professor Kebirlinskaya Elnarenin sinfi) I yere layiq gorulmusdu.

    04.12.2021-14.12.2021 ci ildə keçirilən II Beynəlxalq CA AKKORD müsabiqəsində BMA-nın I kurs tələbəsi İsmayılzadə Sona diplom I yer qazanmışdı. (Müəllim dosent Mirzəyeva Gülnarə)

     2021 ci il Sankt Peterburqda keçirilən müsabiqədə Əhmədova Rəhimə (Professor Axundova Yeganənin sinfi) II yer priz qazanmışdı.

    Gürcüstanda keçirilən "Harmony" VII Beynəlxalq online müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano"kafedrasının tələbəsi Babayeva Ülkər (Sultanova Sevincin sinfi) III yerə layiq görülmüşdü.

    Gürcüstanda keçirilən "Harmony" VII Beynəlxalq online müsabiqədə (onlayn) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano"kafedrasının tələbələri Abdinzadə Camalə, İslamova Jalə (Professor Nəzakət Rimazinin sinfi) diplomla təltif edilmişdilər.

    Polsada keçirilən müsabiqədə (onlayn) İxtisas-fortepiano kafedrasının tələbələri Ağayev Rəşad-Quliyeva Leyla (Əmirova Cəmilənin sinfi) Tünzalə İbrahimova-Gülnisə Babayeva (Əmirova Cəmilənin sinfi)  fortepiano dueti kateqoriyasında  I yerə layiq görülmüşdülər.