• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Layihələr

    16 noyabr 2018-ci il

    Noyabrın 16-sı 2018-ci il tarixində MƏDƏNİ ƏLAQƏLƏRİN İNKİŞAFINA DƏSTƏK" İctimai birliyi və AZƏRBAYCAN DÖVLƏT AKADEMİK FİLARMONİYASININ GƏNCLƏRƏ DƏSTƏK LAYİHƏSİNİN təşkilatçılığı ilə "Şanlı Tarix" adlı KONSERT proqrami baş tutub.

    Ardını oxu...

    12 noyabr 2018-ci il

    Noyabrın 12-si 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının foyesində Baku Chamber Orchestra “Gənclər Kamera Orkestri”nin (dirijor: Əməkdar artist Fuad İbrahimov) iştirakı ilə “Musiqili fasilə” layihəsi baş tutub.

    Ardını oxu...

    20 – 25 oktyabr 2018-ci il

    20 – 25 oktyabr 2018-ci il tarixində Norveçin Bergen Universiteti Qriq Musiqi Akademiyası, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası, V.Saracişvili adına Tbilisi Dövlət Konservatoriyası və Kurmanqazı adına Qazaxstan Milli Konservatoriyası arasında keçirilən “Musiqi və Bədii Tədqiqat Biliyi Şəbəkəsi EURASİA” layihəsi Gürcüstanda, Tbilisidə davam etmişdir.

    Ardını oxu...

    13 sentyabr 2018-ci il

    Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları arasında Xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli, professor Arif Məlikovun öz dəst-xətti var.

    Ardını oxu...

    20 – 21 iyun 2018-ci il

    20 – 21 iyun 2018-ci il tarixində EaPconnect layihəsinin rəhbəri Maria Minarikova, Estoniya Musiqi və Teatr Akademiyasının Beynəlxalq əlaqələr və səhnə fəaliyyəti üzrə prorektoru Henry-David Varema, İT direktoru İnnar Jarva, Bəstəkarlıq və İmprovizasiya kafedrasının Baş koordinatoru Paolo Girol və Estoniya Caz Cəmiyyətinin müdiri, professional caz ifaçısı Laura Poldvere Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşlar.

    Ardını oxu...

    31 may – 6 iyun 2018-ci il

    2018-ci il 31 may – 6 iyun tarixində bergen Universitetinin Griq Akademiyasının təşkilatçılığı ilə “Music and Artistic Research Knowledge Network Eurasia” (“Musiqi və bədii tədqiqat üzrə Avrasiya Bilik Şəbəkəsi”) layihəsi çərçivəsində koordinatorların görüşü keçirilmişdir.

    Ardını oxu...

    29 may 2018-ci il

    Azərbaycan Respublikasının Prezidenti cənam İlham Əliyev  2017-ci il oktyabr ayında Azərbaycan mədəniyyətinin dahi nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar sərəncam imzalamışdır.

    Ardını oxu...

    24 may 2018-ci il

    Elmi laboratoriyanin Qubaya folklor ekspedisiyasi

    Ardını oxu...

    23 may 2018-ci il

    23 may 2018-ci il tarixində Xaçmaz rayonunda “Milli folklorumuzu öyrənək və öyrədək” layihəsi üzrə ilk ekspedisiya multikultural folkloru təşkil olunub. “Şifahi ənənəli musiqi və onun müasir istiqamətlərinin tədqiqi” elmi laboratoriyası bu məqsədlə yeni folklor ekspedisiyalarına başlayıb.

    Ardını oxu...

    22 may 2018-ci il

    Azərbaycan Dillər Universitetinin Akt zalında "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Yeddi Səsdən Doğan Sərvət - ELM və MUSİQİ” layihəsi həyata keçirilib.

    Ardını oxu...

    22 may 2018-ci il

    22 may 2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika QİÇS-lə Mübarizə Mərkəzi” Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının foyesində müayinələr həyata keçirib.

    Ardını oxu...

    30 aprel 2018-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Şərq musiqisi və Multikultural dəyərlər” mövzusunda yaradıcı və interaktiv görüş

    Ardını oxu...

    1 may 2018-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının № 17, cari ilin mart buraxılışı çapdan çıxdı.

    Ardını oxu...

    7 mart 2018-ci il

    “I Culture Orchestra” layihəsi Azərbaycan, Gürcüstan, Belarusiya, Moldova və Ukrayna ölkələrini əhatə edir və əsasən orkestr ifaçılarının ifa səviyyəsinin təkmilləşməsi istiqamətində iş aparır.

    Ardını oxu...

    6 mart 2018-ci il

    Bakı Musiqi Akademiyasının “Mezzo” elmi publisistik informasiya jurnalının №16 xüsusi buraxılışı çapdan çıxdı

    Ardını oxu...

    6 mart 2018-ci il

    “Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu” mövzusunda “Novruz mühazirəsi”

    Ardını oxu...

    1 mart 2018-ci il

    “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi” adlı elmi-tədqiqat laboratoriyasında seminar.

    Ardını oxu...

    27 fevral 2018-ci il

    “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda ilk “Novruz mühazirəsi”

    Ardını oxu...

    31 yanvar - 2 fevral 2018-ci il 

    British Council, ASAN Radio və YARAT Müasir İncəsənət Məkanı ilə birlikdə "Selector PRO" layihəsi çərçivəsində  musiqi tədbirlərin təşkili mövzusunda üç günlük təlimdə Bakı Musiqi Akademiyasının professoru Mina Haciyeva və birinci kurs tələbələri Suada Hacızadə və Elmina Həsənova iştirak ediblər.

    Ardını oxu...

    16 yanvar 2018-ci il

     

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Həmkarlar təşkilatının üzvləri mükafatlandırılmışdır

    Ardını oxu...