• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Orta ixtisas musiqi məktəb-studiyası

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası böyüməkdə olan nəslin musiqi tədrisi və tərbiyəsi prosesinin daha optimal aparılmasına yönəldilən musiqi pedaqogikası və müəllimlik metodikası sahəsində Bakı Musiqi Akademiyasının tədqiqat və təcrübə eksperiment işi üzrə laboratoriyası kimi 1980-ci ildə təşkil edilmişdir. Məktəb-studiya, BMA tələbələrinin pedaqoji, ifaçılıq, konsertmeysterlik, lektorluq və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ifaçılıq təcrübəsinin effektiv keçirilməsi, onların yüksək mədəni səviyyəli musiqiçi-müəllimlərin tərbiyəsi işində möhkəm bünövrə yaratmaq və onlara tədris müəssisəsində ali musiqi təhsilli mütəxəssisin iş perspektivinə uyğun iş şəraiti yaratmaq məqsədinə də xidmət göstərir. Məktəb-studiya, həmçinin respublikanın uşaq musiqi məktəbləri və orta ixtisas musiqi məktəbləri müəllimlərinin ixtisasını artırmaq üçün tədris bazası kimi xidmət göstərir. Bununla yanaşı, Məktəb-studiya musiqi tədris müəssisələri arasında çox böyük maariflənmə işləri aparır. Məruzələr silsiləsi, tədrisin yeni metodları ilə tanışlıq, aparıcı müəllimlərin açıq dərsləri, elmi-ifaçılıq konfransları və müsabiqələri, şagirdlərin tədris kursuna daxil olan yeni fənlərin öyrənilməsi və s. məktəb-studiyanın tədris planının əsas hissəsidir. Fərhad Bədəlbəylinin dediyi kimi, “Məktəb-studiya uşaqların musiqi tərbiyəsinin təsdiqlənmiş mərkəzinə çevrilmişdir”.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bu qeyri-adi, nadir təhsil müəssisəsi Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovun müəllif layihəsi üzrə yaradılmışdır və hal-hazıradək onun rəhbərliyi altında fəaliyyət göstərir. İlk on il müddətində məktəb-studiya ictimai əsaslarla mövcud olmuşdur. Sonra o, rəsmi status əldə edərək, böyük inkişaf yolu keçərək, musiqili tərbiyə mərkəzinə, Bakı Musiqi Akademiyasının kompleksli təhsil nümunəsinə və elmi-eksperimental bazasına çevrilmişdir.

    Hal-hazırda tədris işləri üzrə direktor müavini vəzifəsini Sevda Məmmədova içra edir. Həmçinin, məktəb-studiyada 2 elmi işçi – sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova və Elmira Mustafayeva, 2 metodist – Natəvan Fərzəliyeva və Fidan Lazımova çalışırlar. Məktəb-studiyada 4 şöbə fəaliyyət göstərir. Şöbənin rəhbərləri:

    1. Seyidov Tərlan Mir Əşrəf o. – “İxtisas fortepiano” şöbəsinin müdiri, əməkdar incəsənət
    xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor
    2. Mansurova Nərgiz Nail q. – “Ümumi fortepiano” şöbəsinin müdiri
    3. Quliyeva Gülnarə Adil q. (violin) – “Orkestr, xalq çalğı alətləri və vokal” şöbəsinin müdiri, dosent
    4. Məmmədоva Rəna Yusif q. – “Nəzəriyyə və bəstəkarlıq” şöbəsinin müdiri

    Bakı Musiqi Akademiyasının Orta İxtisas Musiqi Məktəb-studiyası çoxfunksiyalıdır. Belə ki, burada təkcə uşaqlar deyil, tələbələr də pedaqoji, konsertmeyster, lektor və ifaçılıq təcrübəsi üzrə təhsil alırlar. Şagirdlərin müsabiqə və festivallarda uğurları, həmçinin, yüksək ada – Prezident təqaüdünə layiq görülmələri məktəb-studiyanın yaradıcı və professional işinin nəticəsidir.

     

    Tərlan Rəhimova (fortepiano)

    Tərlan Rəhimova (fortepiano)

    Bella Davidoviçin ustad dərsində

    Fuad İbrahimov (viola, dirijorluq)

    Fuad İbrahimov (viola, dirijorluq)

    Mstislav Rostropoviçin ustad dərsində

    Ruslan Biryukov (violonçel)

    Ruslan Biryukov (violonçel)

    Mustafa Mehmandarov (violin, dirijorluq)

    Mustafa Mehmandarov (violin, dirijorluq)

    Züleyxa Bayramova (fortepiano)

    Züleyxa Bayramova (fortepiano)

    Ayyan Salahova (fortepiano)

    Ayyan Salahova (fortepiano)

    Tural Məmmədli, bəstəkar

    Tural Məmmədli, bəstəkar

    Nərgiz Kəngərli (fortepiano)

    Nərgiz Kəngərli (fortepiano)

    Fəqan Həsənli (fortepiano)

    Fəqan Həsənli (fortepiano)

    Ramiz Sevdiməliyev (zərb alətləri)

    Ramiz Sevdiməliyev (zərb alətləri)

    Emin Zeynalov (fortepiano)

    Emin Zeynalov (fortepiano)

    Lalə Mürşüdli (violonçel)

    Lalə Mürşüdli (violonçel)

    Anna Biryukova (fortepiano)

    Anna Biryukova (fortepiano)

    Nigar Hüseynzadə (fortepiano)

    Nigar Hüseynzadə (fortepiano)

    Vüsalə Babayeva (fortepiano)

    Vüsalə Babayeva (fortepiano)

    Murad Abasov (fortepiano)

    Murad Abasov (fortepiano)

    Firuzə Nəcəfli (fortepiano)

    Firuzə Nəcəfli (fortepiano)


    Məktəb-studiyanın Respublika və Beynəlxalq müsabiqələr laureatları adlarını qazanan məzun və hal-hazırda təhsil alan şagirdləri: Ruslan Biryukov (violonçel), Fuad İbrahimov (viola), Tərlan Rəhimova (fortepiano), Kamilla Hacıyeva-Tsiperoviç (violin), Emin Zeynalov (fortepiano), Züleyxa Bayramova (fortepiano), Ayan Salahova (fortepiano), Mustafa Mehmandarov (violin), Lalə Mürşüdli (violonçel), Mələk Qocayeva (fortepiano), Tural Məmmədli (bəstəkarlıq), Ramiz Sevdiməliyev (zərb alətləri), Fəqan Həsənli (fortepiano), Nərgiz Kəngərli (fortepiano), Anna Biryukova (fortepiano), Nigar Hüseynzadə (fortepiano), Vüsalə Babayeva (fortepiano), Murad Abasov (fortepiano), Firuzə Nəcəfli (fortepiano), Anar Hacıyev (zərb alətləri), Günel Hacıyeva (fortepiano), Emil Hüseynov (violin), Xədicə Mehtiyeva (violin), Şəhriyar Nəsiri (klarnet), Orxan İbrahimov (klarnet).

    Məktəb-studiya, ilk növbədə, tələbələrin pedaqoji təcrübəsini səmərəli keçirilməsi, yüksək professionallığa malik musiqi müəllimlərinin təlim-tərbiyəsinin lazimi səviyyədə qurulması və onlara tədris müəssisəsində iş perspektivinə uyğun şərait yaradılması məqsədilə yaradılmışdır.

    Bakı Musiqi Akademiyasında əsas ixtisas fənlərindən olan pedaqoji təcrübə musiqiçinin müəllimlik fəaliyyətinə hazırlanması prosesində mühüm yer tutur.

    Məktəb-studiya BMA-nın, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün ixtisasartırma zəminidir.

    Məktəb-studiya gənc nəslin musiqi tədrisi və tərbiyəsi prosesinin daha optimal aparılmasına yönəldilən musiqi pedaqogikası və müəllimlik metodikası sahəsində Bakı Musiqi Akademiyasının tədqiqat və təcrübə-eksperiment işi üzrə laboratoriyasıdır.
    Nəzəriyyənin təcrübə ilə yaxınlığı ideyası məktəb-studiyanın gündəlik həyatında da geniş istifadə olunur. Bu baxımdan, ilk növbədə, şagirdin kompleks tədrisi formalarından biri olan kollokviumları göstərə bilərik. Kollokviumların əsas məqsədi musiqi, təsviri sənət və ədəbiyyatın qarşılıqlı əlaqələrinə dair bilik və marağın stimullaşdırılmasından ibarətdir. Belə ki, burada müxtəlif tədris illərində həm ixtisas sinfində, həm də ümumi fortepiano, musiqi ədəbiyyatı, kamera ansamblı, akkompanement və s. fənlər üzrə keçilmiş əsərlərin bədii məzmunu və forması haqqında suallar olur, Azərbaycan ladlarına aid sualları da əhatə edir. Tədris planına yeni tədris fənni – “İfa olunan əsərlərin bədii və struktur təhlili” daxil edilmişdir.

    Nəzəri biliklərin qavranılması şagirdlərin xüsusi və ümumi fortepiano, orkestr və xalq çalğı alətləri, kamera ansamblı və akkompanement siniflərində ifa etdikləri Azərbaycan bəstəkarlarının əsərlərinə dair tərtib etdikləri referat və annotasiyalarda ən geniş tətbiqini tapır. Bu biliklərin mənimsənilməsi məqsədilə tətbiq olunan ən önəmli üsullardan biri də – 1983-cü ildən etibarən məktəb-studiyanın müntəzəm olaraq keçirdiyi elmi-ifaçılıq konfransları və müsabiqələridir.

    Məktəb-studiyanın müəllimləri tərəfindən hər il yazılan elmi-metodiki işləri və metodiki tövsiyyələrin musiqi və incəsənət məktəblərinin tədris sistemində böyük praktiki əhəmiyyəti var. “Musiqi pedaqogikası və metodikası məsələləri” elmi-metodiki toplusunun 2 buraxılışı nəşr olunub və hal-hazırda III buraxılışı çapa hazırlanır.

    BMA-nın müəllimləri artıq bir neçə ildir ki, bizim məktəbin nəzəri, təcrübi axtarışları, kəşf və nailiyyətləri təhlil edilən tədqiqat işlərini ortaya çıxarırlar. Xüsusilə, BMA-nın və məktəb-studiyanın müəllimi Mədinə Tuayevanın “Ü.Hacıbəyli adına BMA-nın məktəb-studiya şagirdlərinin kompleksli təhsili üzrə eksperimental işin məzmun və forması” mövzusundakı dissertasiya işini qeyd etmək olar.
    Keçirilən islahatlar nəticəsində məktəb-studiyanın öz mentaliteti yaranmışdır ki, bu, təcrübəçi tələbələri də cəlb edən eksperimental işə istinad edən bir sıra orijinal proqramların yaradılmasına əsaslanır. Həmin proqramlardan sənətşünaslıq doktoru, professor Məcnun Kərimovun “Qədim Azərbaycan musiqi alətləri” fənni üzrə müəllif proqramını, sənətşünaslıq namizədi, Rəhilə Həsənovanın “Solfecio” dərs vəsaitini, sənətşünaslıq namizədi, professor Adilə Yusifovanın “Azərbaycan xalq musiqisinin əsasları” fənni üzrə müəllif proqramını, məktəb-studiyanın muəllimi İmina Əliyevanın “Azərbaycan musiqisi əsasında lad-intonasiya eşitmə qabiliyyətinin tərbiyəsi” adlı metodiki tövsiyəsini, Azərbaycan ladlarının tədrisinə dair Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” traktatının Tərlan Seyidov tərəfindən adaptasiya olunmuş dərs vəsaitini, Fərhad Bədəlbəyli və Tərlan Seyidovun “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı proqramı”, ikicildli “Azərbaycan ladlarının tədrisinə dair müntəxəbat” kitabını və əməkdar müəllim, dosent Lalə Dadaşovanın tərtib etdiyi I-XI sinif şagirdləri üçün “Solfecio” fənni üzrə ilk universal dərs vəsaitini misal çəkmək olar.

    Məktəb-studiya, həmçinin ictimai əhəmiyyətə malik bir sıra tədbirlərin keçirilməsində təşəbbüs göstərir, bunların içərisində musiqi məktəb şagirdlərinin “Tədris repertuarında Azərbaycan bəstəkarlarının əsərləri” adlı festivalını, habelə, musiqi sənətinin caz sahəsinə çox gözəl bələd olan Tofiq Quliyevin sədr olduğu Birinci Respublika caz festivalını qeyd etmək olar. Qara Qarayev adına Birinci Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və Birinci elmi-ifaçılıq konfransını ayrıca qeyd etmək olar. Dünya musiqi təcrübəsində bu səpkili müsabiqə və konfransların bənzəri yoxdur, bu müsabiqələr professor Tərlan Seyidovun müəllif layihəsi əsasında keçirilir.
    Bakı Musiqi Akademiyası tərəfindən işlənilən, yaradıcı işin yeni növü olan elmi-ifaçılıq müsabiqələri nəinki ölkəmizdə, həmçinin xaricdə də geniş yayılmışdır.

    Belə ki, 2015-ci ilin may ayında Rusiya, Ukrayna, Azərbaycan, Türkiyə, Türkmənistan, Yaponiya nümayəndələrinin iştirak etdiyi P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Müasir bəstəkar yaradıcılığının mədəni-tədris məkanı” mövzusunda keçirilən Beynəlxalq elmi-ifaçılıq konfransı möhtəşəm uğur əldə etmişdir.

    MƏKTƏB- STUDİYA BAZASI ƏSASINDA BAKI MUSİQİ AKADEMİYASININ UŞAQ OPERA TEATRI
    (teatrın bədii rəhbəri - Tərlan Seyidov)


    Axtarışlarla, eksperimentlərlə zəngin olan təşəkkül dövründə məktəb-studiyanın nəzdində respublikada ilk dəfə olaraq Uşaq Musiqi Teatrı yarandı (1986-cı il). Musiqi Teatrı kimi mürəkkəb bir qurum, əlbəttə, müəyyən bir zəmin əsasında yaranmalı idi.

    Məktəb-studiyada bu qeyri-adi teatrın meydana gəlməsinə, ilk növbədə ənənəvi fənlər silsiləsinə daxil edilmiş opera hazırlığı sinfi təkan vermişdir. Məktəb-studiyanın tədris kursuna opera hazırlığı sinfinin daxil edilməsi bu növ musiqi məktəbi üçün yeni və qeyri-adi hal idi. Ənənəvi fənlər toplusuna səhnə incəsənəti məşğələlərinin əlavə edilməsi hər uşağın daxilində olan aktyorluq bacarığını, səs qabiliyyətinin, hərəkət plastikasının daha dərindən inkişaf etdirilməsinə kömək göstərir.

    Respublikada yeganə Uşaq Musiqi Teatrının repertuarı maraqlı tamaşalarla zəngindir. Əgər onun ilk tamaşalarında (Mıxail Krasevin “Milçək-Vizilçək”, Nikolay Qoleşanovun “Turp” operaları) gənc kollektivin öz ifaçılıq dəsti-xətti hələ o qədər də sezilmirdisə, 80-ci illərin ikinci yarısında hazırlanan 3 tamaşanı (Sevda İbrahimovanın “Biri var idi, biri yox idi”, Şirvanı Çalayevin “Mauqli” Bencamin Brittenin “Gəlin opera tamaşaya qoyaq”) artıq formaca yetkin, bədii cəhətdən isə dolğun səhnə əsərləri saymaq olar.

    Sonrakı illərdə Uşaq Musiqi Teatrı əsl mənada Azərbaycan bəstəkarlarının operalarının təbliğatçısına çevrilmişdir. Soltan Hacıbəyovun “İsgəndər və çoban”, Rəşid Şəfəqin “Ağılsız siçan balası haqqında nağıl”, Tofiq Quliyevin və Adilə Yusifovanın “Cəmilənin albomu”, Adilə Yusifovanın “Sehrli sandıq” tamaşaları müvəffəqiyyətlə səhnələşdirilmişdir. Maraqlı haldır ki, bu tamaşaların əksəriyyəti, Lalə Ümidin “Solfecio dərsi”, Mədinə Tuayevanın «Sehrli bağ» və «Üzeyir Hacıbəyli sistemi əsasında Azərbaycan ladlarını öyrənir və ifa edirik» teatrlaşdırılmış tamaşaları, o cümlədən də, Soltan Hacıbəyovun tələbəlik illərində yazdığı “İsgəndər və çoban” operası və ilk dəfə olaraq məhz Uşaq musiqi teatrının təfsirində öz bədii inikasını tapmışdır. Yüksək bədii zövq, əsl peşəkarlıqla hazırlanmış bu opera tamaşaları özünün yetkinlik dövrünə qədəm qoymuş məktəb-studiyanın böyük uğurlarından olmuşdur.


    AZ 1014, Bakı, Şəmsi Bədəlbəyli küçəsi, 98, Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası.
    Telefon: (+99412) 4931917, (+99412) 5980194.
    E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

     

    Tofiq Quliyev, Adilə Yusifova. «Cəmilənin albomu»

    Tofiq Quliyev, Adilə Yusifova. «Cəmilənin albomu»

    Tofiq Quliyev, Adilə Yusifova. «Cəmilənin albomu»

    Tofiq Quliyev, Adilə Yusifova. «Cəmilənin albomu»

    Tofiq Quliyev, Adilə Yusifova. «Cəmilənin albomu»

    Tofiq Quliyev, Adilə Yusifova. «Cəmilənin albomu»

    Soltan Hacıbəyov. «İsgəndər və çoban»

    Soltan Hacıbəyov. «İsgəndər və çoban»

    Soltan Hacıbəyov. «İsgəndər və çoban»

    Soltan Hacıbəyov. «İsgəndər və çoban»

    Soltan Hacıbəyov. «İsgəndər və çoban»

    Soltan Hacıbəyov. «İsgəndər və çoban»

    Sevda İbrahimova. «Biri var idi, biri yox idi...»

    Sevda İbrahimova. «Biri var idi, biri yox idi...»

    Sevda İbrahimova. «Biri var idi, biri yox idi...»

    Sevda İbrahimova. «Biri var idi, biri yox idi...»

    Sevda İbrahimova. «Biri var idi, biri yox idi...»

    Sevda İbrahimova. «Biri var idi, biri yox idi...»

    «Ü.Hacıbəyli sistemi əsasında  Azərbaycan ladlarını öyrənir və ifa edirik»  konsert tamaşası

    «Ü.Hacıbəyli sistemi əsasında Azərbaycan ladlarını öyrənir və ifa edirik» konsert tamaşası

    «Ü.Hacıbəyli sistemi əsasında  Azərbaycan ladlarını öyrənir və ifa edirik»  konsert tamaşası

    «Ü.Hacıbəyli sistemi əsasında Azərbaycan ladlarını öyrənir və ifa edirik» konsert tamaşası

    Şirvani Çalayev. «Mauqli»

    Şirvani Çalayev. «Mauqli»

    Şirvani Çalayev. «Mauqli»

    Şirvani Çalayev. «Mauqli»

    Bencamin Britten. «Gəlin opera qoyaq»

    Bencamin Britten. «Gəlin opera qoyaq»

    Bencamin Britten. «Gəlin opera qoyaq»

    Bencamin Britten. «Gəlin opera qoyaq»

    Nikolay Qoleşanov. «Turp»

    Nikolay Qoleşanov. «Turp»

    Nikolay Qoleşanov. «Turp»

    Nikolay Qoleşanov. «Turp»

    Mədinə Tuayeva. «Sehrli bağ»

    Mədinə Tuayeva. «Sehrli bağ»

    Mədinə Tuayeva. «Sehrli bağ»

    Mədinə Tuayeva. «Sehrli bağ»

    Adilə Yusifova. «Sehrli sandıq»

    Adilə Yusifova. «Sehrli sandıq»

    Ulduzlar enəndə

    Ulduzlar enəndə

    Adilə Yusifova. «Sehrli sandıq»

    Adilə Yusifova. «Sehrli sandıq»

     

    <

      Гаммы и арпеджио. Составитель:  Н.Ширинская
     
    Учебное пособие. Москва, Советский композитор, 1984

       Азербайджанская фортепианная культура XX века:
    педагогика, исполнительство и композиторское творчество. Тарлан Сеидов.
    Научный редактор: Земфира Сафарова. Баку, Азернешр, 2006, с.272.
     

      Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı PROQRAMI.
    Fərhad Bədəlbəyli, Tərlan Seyidov. 
    Bakı – 2012, 36 s.
     

      Məqalələr. Resenziyalar. Müsahibələr. Materiallar. Tərlan Seyidov.
    Elmi redaktoru:Fərhad Bədəlbəyli. Bakı, «Çağdaş As», 2013, 344 s.

      "Fortepiano üçün üçsəsli fuqa". Q.Qarayev
    Redaktorlar:Fərhad Bədəlbəyli və Tərlan Seyidov. Bakı, «Təhsil», 2013, 16 s.

       Solfecio.  I — IV siniflər. Lalə Dadaşova
    Elmi redaktoru:Fərhad Bədəlbəyli, Tərlan Seyidov. Bakı, 2014, 83 s.

    Solfecio. V — VII siniflər. Lalə Dadaşova
    Elmi redaktoru: Fərhad Bədəlbəyli, Tərlan Seyidov. Bakı, 2014, 85 s.

    Solfecio. VIII — XI siniflər. Lalə Dadaşova
    Elmi redaktoru: Fərhad Bədəlbəyli, Tərlan Seyidov. Bakı, 2014, 102 s.

      "Azərbaycan xalq musiqisnin əsasları". Ü. Hacıbəyli
    Dərs vəsaiti. Tərtibçi-redaktor: Tərlan Seyidov. Bakı, 2014.

      "Azərbaycan ladlarının tədrisinə dair müntəxəbat". Tərlan Seyidov, Leyla Zöhrabova, Aytən İbrahimova. I hissə.
    Dərs vəsaiti. Elmi redaktoru:Fərhad Bədəlbəyli. Bakı, 2014. – 88 səh.

       "Azərbaycan ladlarının tədrisinə dair müntəxəbat". Tarlan Seyidov, Cəmilə Həsənova, Aytən İbrahimova. II hissə.
    Dərs vəsaiti. Elmi redaktoru:Fərhad Bədəlbəyli. Bakı, 2015. – 120 səh.

       "Fortepiano üçün sonata". I nəşr. Cahangir Qarayev
    Dərs vəsaiti. Redaktorlar: Fərhad Bədəlbəyli və Tərlan Seyidov. Bakı, "Təhsil", 2015.

      "XX əsrin Azərbaycan fortepiano mədəniyyəti: pedaqogika, ifaçılıq və bəstəkarlıq yaradıcılığı". Tərlan Seyidov
    Elmi redaktor: Zemfira Səfərova. Bakı, "Təhsil", 2016, s. 336.

      "İsgəndər və çoban ". Birpərdələri uşaq operası. Hacıbəyov S.
     Bakı, 2017

      Yaxşı temperasiyalı klavir. İ.S.Bax . Birinci cild.
    Tərtibçi-redaktorlar: Fərhad Bədəlbəyli və Tərlan Seyidov. Bakı, 2017, 151 səh. 

      Yaxşı temperasiyalı klavir. İ.S.Bax . İkinci cild.
    Tərtibçi-redaktorlar: Fərhad Bədəlbəyli və Tərlan Seyidov. Bakı, 2017, 171 səh. 

      "Koroğlu" operasından uvertüra. Ü.Hacıbəyli.
    İki fortepiano üçün işləyəni: Yevgeniya Perevertaylo. Redaktorlar: Fərhad Bədəlbəyli və Tərlan Seyidov. Bakı, BMA, 2018, 16 səh.

      Müəllim və şagird üçün fortepianoda 13 ilk dərs. L.Yeqorova.
    Elmi redaktor: Tərlan Seyidov. Bakı, BMA, 2019, 48 səh.  
    13 начальных уроков по фортепиано для учителя и ученика. Лидия Егорова. Методические рекомендации
    Научный редактор: Тарлан Сеидов. Баку, 2019. 47с.

      Музыкальная литература. Программа-конспект для учащихся детских музыкальных школ и школ искусств
    II класс (5-летнее обучение); 4 класс (7-летнее обучение)
    Автор и руководитель проекта: Тарлан Сеидов. Баку, 2019. 45с.

      Musiqi ədəbiyyatı. Proqram-konspekt. (Uşaq musiqi və incəsənət məktəb şagirdləri üçün).
    II sinif (5 illik təhsil), IV sinif (7 illik təhsil).
    Layihənin müəllifi və rəhbəri:  Tərlan Seyidov. Bakı, 2019,  54 səh. 

      Musiqi ədəbiyyatı. III sinif (5 illik təhsil), V sinif (7 illik təhsil).
    Uşaq musiqi və incəsənət məktəb şagirdləri üçün proqram-konspekt. Bakı, 2020, 63 səh.
    Layihənin müəllifi və rəhbəri: Tərlan Seyidov.

      Музыкальная литература. III класс (5-летнее обучение), V класс (7-летнее обучение).
    Программа-конспект для учащихся детских музыкальных школ и школ искусств. Баку, 2020, 66 с.
    Автор и руководитель проекта: Тарлан Сеидов.

      "Musiqi ədəbiyyatı". IV sinif (5 illik təhsil), VI sinif (7 illik təhsil).
    Uşaq musiqi və incəsənət məktəb şagirdləri üçün proqram-konspekt. Bakı, 2020, 51 səh.
    Layihənin müəllifi və rəhbəri: Tərlan Seyidov

      "Musiqi ədəbiyyatı".  V sinif (5 illik təhsil), VII класс (7 illik təhsil).
    Uşaq musiqi və incəsənət məktəb şagirdləri üçün proqram-konspekt. Bakı, 2021, 95 səh.
    Layihənin müəllifi və rəhbəri: Tərlan Seyidov

      Музыкальная литература. IV класс (5-летнее обучение), VI класс (7-летнее обучение).
    Программа-конспект для учащихся детских музыкальных школ и школ искусств.
    Баку, 2020, 53 с.
    Автор и руководитель проекта: Тарлан Сеидов.

      "Музыкальная литература". V класс (5-летнее обучение), VII класс (7-летнее обучение). Программа-конспект для учащихся детских музыкальных школ и школ искусств.
    Автор и руководитель проекта: Тарлан Сеидов. Баку, 2021, 94 с.

    "Музыкальная литература". VIII класс. Программа-конспект для учащихся детских музыкальных школ и школ искусств.
    Автор и руководитель проекта: Тарлан Сеидов. Баку, 2022, 129 с.


     I yarımil II yarımil

    "Musiqi ədəbiyyatı". VIII sinif (11 illik təhsil). Uşaq musiqi və incəsənət məktəb şagirdləri üçün proqram-konspekt.

    Tərlan Seyidovun ümumi redaktəsi ilə. Bakı, 2022, 124 səh.


    "Музыкальная литература". IX класс. Программа-конспект для учащихся детских музыкальных школ и школ искусств.
    Автор и руководитель проекта: Тарлан Сеидов. Баку, 2024, 125 с.

      Рауф Атакишиев. Статьи, воспоминания, материалы. Баку, 2020, 138 с.
    Редактор-составитель Тарлан Сеидов, научный редактор – Кямиля Дадашзаде,
    рецензенты – Фархад Бадалбейли и Земфира Кафарова.

      Rauf Atakişiyev. Məqalələr, xatirələr, materiallar (ikinci, artırılmış nəşr). 
    Bakı, BMA, 2021, 121 s. Tərtibçi – Tərlan Seyidov.

      Məktəb-studiyanın BMA-nın 100 illik yubileyinə həsr olunmuş yay ustad-dərsləri

      ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASI – 40. Təşəkkül və novatorluq.
    Baku, 2021, 328 s. Redaktorlar: Fərhad BƏDƏLBƏYLİ , Tərlan SEYİDOV 
    Poeziya, rəssamlıq və musiqidə “İ L İ N F Ə S İ L L Ə R İ” silsiləsindən. Rəssamlıq.
     Layihənin müəllifi və rəhbəri: Tərlan SEYİDOV

    Musiqi və incəsənət məktəbləri üçün metodiki vəsaiti. Bakı, 2021, s.71

    POEZİYADA İLİN FƏSİLLƏRİ
     Layihənin müəllifi və rəhbəri: Tərlan SEYİDOV

    Musiqi və incəsənət məktəbləri üçün metodiki vəsait. Bakı, 2022, 139 s.

    Poeziya, rəssamlıq və musiqidə “İ L İ N F Ə S İ L L Ə R İ” silsiləsindən. Musiqi.
     Layihənin müəllifi və rəhbəri: Tərlan SEYİDOV

    Musiqi və incəsənət məktəbləri üçün metodiki vəsaiti. Bakı, 2023, 9 s.

    AZƏRBAYCAN XALQ MAHNILARI. Vokal üçün işləmələr
     Layihənin müəllifi və rəhbəri: Tərlan SEYİDOV. Tərtibçi: Ofeliya AXUNDOVA

    Musiqi və incəsənət məktəbləri üçün MÜNTƏXƏBAT. Bakı, 2023, 123 s.

    CAZ MUSİQİSİ.
     Elmi redaktor: Tərlan SEYİDOV. Tərtibçi: Gülnarə QULİYEVA

    Violin üçün müntəxəbat, Bakı, 2022, 87 s.

    CAZ MUSİQİSİ.
     Elmi redaktor: Tərlan SEYİDOV. Tərtibçi: Gülnarə QULİYEVA

    Violin və fortepiano üçün müntəxəbat, Bakı, 2022, 87 s.

    Tərlan Seyidov — 80. Şəkillərdə ömür. Fotoalbom. 2023. Məktəb-studiya ailəsindən.

    Тарлан Сеидов — 80. Жизнь в фотографиях. Фотоальбом. 2023. От семьи школы-студии
     

    Tərlan Seyidova İthaf. Xatirələr...

    Bakı, 2024, 220 s.