Bakı Musiqi Akademiyası
previous arrowprevious arrow
next arrownext arrow
Shadow
Slider

 

Tarix və müasirlik

 




20 yanvar faciəsinin ildönümünə hazırladığımız videoçarxı təqdim edirik.

Bütün Şəhidlərimizə ithaf olunur.

Var olun, dostlar! Allah Şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun!


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

Elan!


Bakı Musiqi Akademiyası yeni layihə elan edir!

“MS Teams” və “Cisco Webex” təlimat sessiyaları


IV Международный Конкурс юных исполнителей оркестровых инструментов имени Евгения Микеладзе

IV Международный Конкурс молодых вокалистов имени Н.Андгуладзе


"NOTLARIN MÖCÜZƏSİ" online musiqi müsabiqəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında 2020/2021–ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!


"İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu 2021-ci ildə keçiriləcək "Yeni başlanğıc. Yeni baxış. Yeni şəhər" mövzusunda müsabiqə elan edir.

2021-ci il 22 fevral tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Bakı Xoreoqrafiya Akademiyası tərəfindən "Xoreoqrafiya sənəti: Mövcud Problemlər, Müasir istiqamətlər və İnkişaf Perspektivləri" mövzusunda Beynəlxalq Elmi-Praktiki onlayn Konfrans keçiriləcəkdir.


Competitions
December 30, 2020

"First International Competition of Performers of Academic, Folk and Jazz Music" results.
Dedicated to the 40th anniversary of the Central Special Music School-Studio

MÜSABİQƏLƏR 
30 dekabr 2020-ci il

Akademik, xalq və caz musiqisi ifaçılarının Birinci Beynəlxalq müsabiqəsinin nəticələri.
BMA-nın məktəb-studiyasının 40 illiyinə həsr olunur!


2021-ci il 11-12 mart tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkəmizin II Qarabağ müharibəsində əldə etdiyi parlaq qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı “Mədəniyyət: Problemlər və Perspektivlər” Doktorant və gənc tədqiqatçıların XV Beynəlxalq elmi Konfransını keçirir.

ÖNCƏ VƏTƏNDİR!

Qanlı yanvar və Qarabağ hadisələrinə həsr olunan

DƏYİRMİ MASA


Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti Azərbaycan-Amerika Musiqi Fondu ilə birgə 15 Yanvar, 2021 il tarixində Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi elan edir.

2021-ci il 28-30 may tarixlərində İspaniyanın Barselona şəhərində Rus klasssik musiqisinin "Русская Альборада" adlı gənc ifaçıların VI Beynəlxalq müsabiqəsi keçiriləcəkdir.


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

29 dekabr 2020-ci il 

Fəlsəfə doktoru Vüqar Hümbətovun “Azərbaycan bəstəkarlarının yaradıcılığında tarixi  mövzulu  xor  əsərləri (1990-2000-ci illər)” adlı monoqrafiyası çapdan çıxıb

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Xarici tələbələrlə iş üzrə şöbə müdiri və BMA-nın böyük elmi işçisi Vüqar Bəxtiyar oğlu Hümbətovun “Azərbaycan bəstəkarlarının yaradıcılığında tarixi  mövzulu  xor  əsərləri (1990-2000-ci illər)” adlı monoqrafiyası çapdan çıxıb.

Monoqrafiyada Azərbaycan bəstəkarlarının konkret tarixi dövrdə baş vermiş hadisələrə - Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə, 20 yanvar hadisələrinə, Xocalı faciəsinə, Qarabağın işğalına, həmçinin, tarixi şəxsiyyətlərə - Ümummilli lider Heydər Əliyevə və Vətən uğrunda şəhid olmuş qəhrəman oğullara həsr olunan əsərləri tədqiqata cəlb olunmuşdur.

Burada tədqiqatın materialının genişliyini qeyd etmək vacibdir, belə ki, müəllif bir neçə nəsil Azərbaycan bəstəkarlarının, o cümlədən, Ramiz Mustafayev, Oqtay Rəcəbov, Elnarə Dadaşova, Yaşar İmanov, Sərdar Fərəcov, Cəlal Abbasov, Rəna Qədimova, Leonid Vaynşteyn, Aydın Ağasıyev, Fuad Cavadov və b. əsərlərinə müraciət etmiş, onların təhlilinə monoqrafiyanın müvafiq bölmələrində yer vermişdir. 

Kitabın Elmi redaktoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Rəyçiləri Azərbaycan Respublikasının Xalq artisti, professor Cavanşir Cəfərov, Sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Xoreoqrafiya Akademiyasının professoru Sonaxanım İbrahimova, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Dilarə Əliyevadır.

Monoqrafiya Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsinə və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub.

 

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı